main-post-cover

    700 milyon LinkedIn istifadəçisinin məlumatları hacker forumuna yerləşdirilib

    Təhlükəsizlik
    29.06.2021
    Farid Pardashunas
        Aprel ayında məşhur LinkedIn platformasına kiberhücum reallaşdırılmışdı. Həmin kiberhücum nəticəsində 500 milyon LinkedIn istifadəçisinin məlumatları sızdırılmışdı. Həmin hal yenidən təkrarlanıb. Lakin bu dəfə 700 milyon istifadəçinin məlumatları sızdırılıb. Kibertəhlükəsizlik sahəsində fəaliyyət göstərən mütəxəssislərin verdikləri məlumata əsasən 700 milyon LinkedIn istifadəçisinin məlumatları hackerlər üçün nəzərdə tutulmuş məşhur RaidForums adlı forumda ortaya çıxıblar. Privacy Sharks adlı şirkətin analitikləri “GOD User TomLiner” ləqəbli istifadəçi tərəfindən həmin foruma yerləşdirilmiş məlumatlar bazasını analiz ediblər.
        Privacy Sharks komandasının analizinə əsasən sızdırılmış məlumatlar bazası daxilində istifadəçilərin adları, elektron poçt ünvanları, mənsub olduqları cins və sahib olduqları peşələr kimi məlumatlar yer alıblar. Mütəxəssislər bu məlumatların hacker forumuna hardan sızdığına cavab tapmaqda çətinlik çəkirlər. Lakin ehtimal var ki, bu məlumatlar bir neçə mənbədən əldə olunub. LinkedIn təmsilçiləri bu məsələ ilə bağlı rəsmi açıqlama veriblər. Onlar qeyd ediblər ki, platformanın hack edilməsindən söhbət getmir. Buna baxmayaraq LinkedIn baş vermiş hadisəni araşdırmaqda davam edir. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər