ABŞ-ın müdafiə sirlərini sızdırdığına görə 16 illik həbs cəzasına məhkum edildi!
Təhlükəsizlik
05.03.2024
Farid Pardashunas
Discord-da məxfi müdafiə sirlərini sızdırmaqda ittiham olunan "Massachusetts Air National Guardsman"-nın üzvü Jack Teixeira günahını etiraf edib.
"New York Times" xəbər verir ki, 22 yaşlı Teixeira bazar ertəsi günü təqsirli olmadığına dair iddiasını geri götürüb və 16 ilə qədər həbs cəzası müqabilində günahını etiraf edib. Əgər Teixeria günahını etiraf etməsəydi 60 ilə qədər həbs cəzası ala bilərdi. O, Boston federal məhkəməsində "milli müdafiə məlumatlarının qəsdən saxlanması və ötürülməsi" adlanan casusluq qanununa əsasən günahını boynuna alıb. Federal polislər gənci keçən ilin aprel ayında anasının evində həbs ediblər.
"The Air National Guardsman" "Minecraft" fokuslu Discord serverilə 2022-ci ilin sonlarında onlar tərəfindən paylaşıldığı iddia edilən məxfi sənədlər ilə ittiham olunur. Paylaşılan fayllarda Ukrayna müharibəsi (hərbi texnika, Rusiya və Ukrayna qoşunlarının hərəkəti haqqında təfərrüatlar da daxil olmaqla), Rusiyanın Misir və Türkiyədən daha çox silah toplamaq cəhdləri haqqında bir çox məlumatlar da yer alır. Məlumatlar daha sonra 4chan, Telegram ve digər Discord serverlərində də paylaşılmağa başlayıb.
Hökumət Teixeira-nın bilə-bilə casusluqla məşğul olduğuna dair heç bir dəlil tapmadığını və ya onu Edward Snowden kimi məlumat ötürən olaraq günahlandırmadığını bildirib. Əvəzində prokurorlar Teixeira-nın onlayn dostları arasında status qazanmaq istədiyi qənaətinə gəliblər. “New York Times” xəbər verir ki, qəzetə anonim danışan yüksək rütbəli federal hüquq-mühafizə orqanının əməkdaşı bildirib ki, DOJ daha pis niyyətləri üzə çıxarsaydı, cəzanın azaldılmasına razılıq verməzdi.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
The New York Times qəzeti OpenAI ilə Microsoft-u məhkəmyə verib
The New York Times qəzeti OpenAI ilə Microsoft-u məhkəmyə verib
Səbəb isə sözügedən şirkətlərin öz çat-botlarının və digər süni zəka sistemlərinin təlimatlandırılmalarında qəzetin çoxlu sayda materiallarından istifadə etmiş olmalarıdır.
Həftənin xəbərləri
6 yaşlı uşağın 17 həkim tərəfindən çarə tapıla bilməyən xəstəliyini süni intellekt həll edib!
Kvant fizikasında inqilab: maddənin yeni aqreqat halı kəşf edilib!