Android smartfonlarda telefon danışıqlarını dinləməyin yeni üsulu aşkar edilib

Android smartfonlarda telefon danışıqlarını dinləməyin yeni üsulu aşkar edilib

Kibertəhlükəsizlik
29.12.2022 PAYLAŞIM

    Amerikalı alimlər Android smartfonlarda telefon danışıqlarını dinləmək üçün nəzərdə tutulmuş yeni üsulu aşkar ediblər. Məlum olub ki, telefon danışıqlarnı dinləmək üçün həmin danışıqları birbaşa audio formatda yazmağa ehtiyac yoxdur. Bunun üçün sadəcə olaraq bütün müasir smartfonlarda mövcud olan akselerometrdən istifadə etmək kifayətdir. Telefon danışıqlarının dinlənilməsi üçün nəzərdə tutulmuş bu yeni üsul EarSpy adını əldə edib və o, OnePlus 7T ilə OnePlus 9 smartfonlarında test edilib. Telefon danışıqlarının dinlənilməsi üçün nəzərdə tutulmuş yeni üsulun əsas məğzi danışıq zamanı smartfondakı olan səsgücləndiricinin yaratdığı vibrasiyaların akselerometr vasitəsilə oxunmasındadır.

    Mütəxəssislər qeyd ediblər ki, bu üsul yalnız nisbətən yeni smartfonlarda keçərlidir. O qədər də bahalı olmayan və köhnə smartfonlarda mövcud olan səsgücləndiricilər bu üsulun istifadəsi üçün yetəri gücə sahib deyillər. Mütəxəssislər təcrübə çərçivəsində öncədən yazılmış nitqi OnePlus 7T ilə OnePlus 9 smartfonlarının səsgücləndiricilərində işə salıblar. Physics Toolbox Sensor Suite adlı tətbiq isə nitqin səsləndirilməsi zamanı smartfonlardakı akselerometr göstəricilərini əldə edib. Yekunda əldə edilmiş bütün məlumatlar xüsusi olaraq təlimatlandırılmış neyron şəbəkəsi tərəfindən emal edilib.


    Nəticədə OnePlus 9 modelində danışan şəxsin cinsini 88.7% dəqiqliklə, kimliyini 73.6% dəqiqliklə, danışıq zamanı istifadə edilmiş konkret sözləri isə 33.3-41.6% dəqiqliklə müəyyənləşdirmək mümkün olub. OnePlus 7 modelində isə danışan şəxsin cinsini 77.7% dəqiqliklə, kimliyini 63% dəqiqliklə, danışıq zamanı istifadə edilmiş konkret sözləri isə 51.8% dəqiqliklə müəyyənləşdirmək mümkün olub. Mütəxəssislər qeyd ediblər ki, telefon danışıqlarının bu cür üsul vasitəsilə dinlənilməsi halları hələ təyin edilməyib.



DAHA ÇOX


Şimali Koreya hackerləri ilin əvvəlindən 200 milyon dollarlıq kriptovalyuta oğur..

TRM Labs. adlı şirkətin aparmış olduğu yeni tədqiqata əsasən Şimali Koreya ilə əlaqəli olan hackerlə..


Telegram-da zərərli resursların sayı 5 dəfə artıb

Bu il Telegram-da fişinq (phishing) resursların sayı 5 dəfə çoxalıb.


Google Play ilə Galaxy Store-da saxta Signal və Telegram tətbiqləri aşkar edilib..

Google Play Market-də və Samsung-un tətbiqlər mağazası olan Galaxy Store-da Signal və Telegram messe..


Tesla-nın 75 000-dən çox müştərisinin konfidensial məlumatları sızdırılıb..

Almaniyanın Handelsblatt adlı saytı hələ may ayında Tesla şirkətinə müraciət edərək bildirmişdi ki, ..


Yeni nəsil Android viruslar qeyri-adi şəkildə antiviruslardan gizlənə bilirlər..

Məlum olub ki, yeni nəsil zərərli proqram təminatları qeyri-standart və ya çox güclü şəkildə təkmill..


100 000-dən çox hacker dələduzluq sxemlərindən zərər çəkib

Kibertəhlükəsizlik üzrə müxtəlif həlləri təqdim etməklə fəaliyyət göstərən Hudson Rock adlı şirkət s..

×