main-post-cover

    Android smartfonların öz istifadəçilərini reklam məqsədilə dinləyib-dinləmədikləri yoxlanılıb

    Təhlükəsizlik
    11.04.2023
    Farid Pardashunas
        Britaniyanın Daily Mail nəşriyyatının jurnalistləri Android smartfonların öz istifadəçilərini həqiqətən də dinləyib-dinləmədiklərini yoxlamaq qərarına gəliblər. Belə ki, bir çoxunun fikrincə Android smartfonlar istifadəçiləri dinləyərək əldə edilmiş məlumatlar əsasında onlara target edilmiş reklam elanlarını sərgiləyirlər. Jurnalistlər tərəfindən aparılmış təcrübənin nəticələri konspirasiya nəzəriyyəsinin tərəfdarlarını məyus edib. Lakin bununla belə aparılmış təcrübə mobil cihazlardakı kontekst reklamın mənşəyini təyin etməyə imkan verib. Təcrübə üçün jurnalistlər ayarları sıfırlanmış və daxilində Google hesabına giriş edilmiş Samsung smartfonundan istifadə ediblər.
        Google hesabı isə Robin adlı 22 yaşlı xəyali şəxsin adına qeydiyyatdan keçirilib. Daily Mail əməkdaşı smartfondan aktiv şəkildə istifadə edib və daimi şəkildə müxtəlif məhsulların adlarını bərk səslə səsləndirib. 2 gün ərzində davam etmiş təcrübənin nəticələrinə əsasən reklam elanları bərk səslə səsləndirilmiş açar sözlərə fokuslanmayıb. Lakin mobil Google Search-də və Google Assistant səsli köməkçi vasitəsilə axtarış prosesi reklam elanlarının seçilməsi alqoritminin işini tamamilə dəyişib. Belə ki, Daily Mail əməkdaşı Google Search vasitəsilə bir neçə məhsulun axtarışını reallaşdırandan sonra axtarılmış məhsullar üzrə reklamlar daimi şəkildə sərgilənməyə başlayıb.
        Qeyd etmək lazımdır ki, bu özəlliyi myadcenter.google.com saytında deaktiv etmək olar. Bu saytda istifadəçi həmçinin özünə maraqlı ola biləcək brendlərin siyahısını ayarlaya, hansısa kateqoriya məhsullaerın reklamlarını dayandıra və Google servisinin istifadəçi barəsində təqdim edilən məlumatlar əsasında onun haqqında nələri bildiyini öyrənə bilər. Kibertəhlükəsizlik sahəsində fəaliyyət göstərən mütəxəssislərdən birinin sözlərinə əsasən Google öz istifadəçilərini 2 səbəbə görə dinləməyə ehtiyac duymur. Birincisi şirkət istifadəçi barəsində məlumat əldə etmək üçün digər üsullara sahibdir. İkincisi isə istifadəçilərin dinlənilməsi baha başa gəlir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər