Android üçün olan yeni zərərli proqram təminatı vaksinasiya ilə bağlı SMS mesaj kimi maskalanır

Android üçün olan yeni zərərli proqram təminatı vaksinasiya ilə bağlı SMS mesaj kimi maskalanır

Kibertəhlükəsizlik
07.10.2021 PAYLAŞIM

    Android üçün nəzərdə tutulmuş daha bir zərərli proqram təminatı mətnli mesajlar vasitəsilə yayılır. Hackerlər bu zərərli proqram təminatı vasitəsilə istifadəçiləri xüsusi linklərə daxil olmağa məcbur etməyə çalışırlar və daha sonra mobil cihazda mövcud olan fərdi və maliyyə məlumatlarını oğurlayırlar. Sözügedən kiberhücumlarda istifadə olunan zərərli proqram təminatı TangleBot adını əldə edib. Məlumdur ki, bu zərərli proqram təminatı sentyabr ayından akivdir və mobil cihazın sistemində çalışması üçün istifadəçidən bəzi icazələri tələb edir. TangleBot-un yekun məqsədi istifadəçinin yazışmalarını və konfidensial məlumatlarını əldə etmək üçün nəzərdə tutulmuş idarəni ələ keçirtməkdir.

    Məsələn bu zərərli proqram təminatı istifadəçinin istənilən aktivliyini monitorinq edə, mobil cihazın kamerasını istifadə edə, audio mesajları dinləyə, istifadəçinin yerləşdiyi yeri təyin edə və s. kimi əməliyyatları yerinə yetirə bilər. Mütəxəssislər bildiriblər ki, TangleBot-un istifadəçilərə çatdırılması üçün istifadə olunan əsas üsul SMS mesajlardır. Hackerlər bu cür mesajları COVID-19-a qarşı vaksinasiya bildirişi kimi maskalayırlar. Bir qayda olaraq bu cür bildirişlərdə xüsusi link mövcud olur və istifadəçi guya həmin linkə daxil olmaqla vaksinasiyaya olan tələblər barəsində daha çox məlumat əldə edəcək.


    Linkə daxil olandan sonra istifadəçi Adobe Flash Player yenilənməsinin tələb olunduğunu görür. Lakin təəssüflər olsun  ki, istifadəçilərin çoxu Adobe-un 2012-ci ildən mobil cihazlarda Flash Player-i dəstəkləmədiyindən xəbərsizdir. Nəticədə istifadəçi yenilənmənin quraşdırılmasına razılıq verir və ona 9 dialoq pəncərəsi açılır. Həmin dialoq pəncərələri vasitəsilə zərərli proqram təminatı mobil cihazın sistemindəki idarəetməni ələ keçirdir. TangleBot hackerə qurbanın smartfonu üzərində tam idarəetməni təqdim edir. Buna görə də şübhəli SMS mesajlarına daha diqqətlə yanaşmaq lazımdır.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Hackerlər iPhone 13 Pro-nu 1 saniyə ərzində hack ediblər

Tianfu Kuboku adlı 4-cü Beynəlxalq Kibertəhlükəsizlik Yarışı çərçivəsində hackerlərdən ibarət Pangu ..


Dələduzlar deepfake texnologiya vasitəsilə bankdan 35 milyon dollar oğurlayıblar..

Süni zəka sisteminin generasiya etdiyi səs simulyasiyası sayəsində cinayətkarlar Birləşmiş Ərəb Əmir..


Android əməliyyat sistemi çoxlu sayda konfidensial məlumatı kənar serverlərə ötü..

Edinburq Universitetinin və Dublin Triniti Kollecinin tədqiqatçıları Android cihazların çoxlu sayda ..


Tarixin ən böyük məlumat sızıntısı: Hackerlər milyardlarla istifadəçi mesajını ə..

Dünyanın ən böyük telekommunikasiya operatorlarından biri olan Syniverse şirkəti özünə qarşı olmuş b..


Hackerlər Twitch-i hack edərək servisin konfidensial məlumatlarını oğurlayıblar..

Hackerlər məşhur Twitch servisini hack edərək internetə 125 GB həcmində məlumatlar bazasını yerləşdi..


Google müəyyən axtarış sorğularını aparmış insanların məlumatlarını ABŞ hökuməti..

Məhkəmə sənədləri Google şirkəti ilə ABŞ hökuməti arasındakı maraqlı əlaqəni ortaya çıxardıblar. ..

×