Apple iPhone-lar üçün təcili təhlükəsizlik yeniləməsi buraxır
Təhlükəsizlik
01.04.2026
Sevinj
Technote.az “Mashable” platformasına istinadən bildirir ki, Apple şirkəti iPhone istifadəçilərini hədəf alan təhlükəli “DarkSword” casus proqramına qarşı iOS 18 əməliyyat sistemi üçün xüsusi və təcili təhlükəsizlik yeniləməsi hazırlayır. Bu, Apple üçün nadir hallarda baş verən hal hesab olunur, çünki şirkət adətən istifadəçilərə köhnə iOS versiyalarını yeniləmək əvəzinə ən son iOS versiyasına keçməyi tövsiyə edir.
Məlumata görə, “DarkSword” adlı casus proqram veb əsaslı alət kimi fəaliyyət göstərir və hakerlərə iPhone cihazlarından məlumat oğurlamağa imkan verir. Bildirilir ki, bu alət artıq açıq şəkildə internetdə yayımlanıb və bu da təhlükəni daha da artırır. Apple artıq iOS 26 versiyasında bu boşluğu aradan qaldırıb. Lakin hazırda iOS 18 istifadə edən iPhone-lar bu təhlükəyə qarşı müdafiəsizdir. Məhz buna görə Apple yalnız iOS 18 istifadəçiləri üçün ayrıca təhlükəsizlik yeniləməsi yayımlamağa qərar verib. Bu yeniləmə cihazı iOS 26-ya keçirməyəcək, lakin mövcud sistemdə təhlükəsizlik boşluğunu bağlayacaq.
Statistikaya görə, iPhone istifadəçilərinin təxminən 19 faizi hələ də iOS 18 əməliyyat sistemindən istifadə edir. Bu istifadəçilər arasında cihazını yeniləməyənlər və ya Apple-ın iOS 26 ilə təqdim etdiyi yeni “Liquid Glass” interfeysini bəyənmədiyi üçün köhnə versiyada qalanlar var. Apple bildirib ki, təhlükəsizlik yeniləməsi çərşənbə günü yayımlanacaq və iOS 18 istifadəçilərinə dərhal yeniləməni quraşdırmaq tövsiyə olunur.
Paylaş