Apple öz istifadəçilərini 1.5 milyard dollar dəyərində müxtəlif dələduzluq əməliyyatlarından qoruyub

Apple öz istifadəçilərini 1.5 milyard dollar dəyərində müxtəlif dələduzluq əməliyyatlarından qoruyub

Kibertəhlükəsizlik
13.05.2021 PAYLAŞIM

    Apple şirkəti iOS istifadəçilərin dələduzlardan qorunması üzrə hesabatını təqdim edib. Şirkətin verdiyi məlumata əsasən təkcə 2020-ci ildə o, 1.5 milyard dollar dəyərində müxtəlif dələduz əməliyyatlarının qarşısını alıb. Şirkət tərəfindən təqdim edilmiş hesabatda digər maraqlı faktlar da qeyd olunub. 2020-ci ildə iOS istifadəçilərini bu cür dələduz əməliyyatlardan qorumaq üçün Apple şirkəti aşağıdakı addımları atıb:

- Gizli və öncədən qeyd edilməmiş funksiyalara sahib 48.000 tətbiq App Store platformasına daxil edilməyib


- İstifadəçilərdə səhv fikirlər yaradan, digər tətbiqlərin klonları kimi çıxış edən və spamların göndərilməsi üçün nəzərdə tutulan 150.000 tətbiq App Store platformasına daxil edilməyib

- İstifadəçilərin konfidensiallıq hüquqlarını pozan 215.000 tətbiq App Store platformasına daxil edilməyib

- 3 milyona yaxın oğurlanmış bank kartı vasitəsilə edilmiş alış-verişlər ləğv edilib

- 1 milyon istifadəçi hesabı təkrar tranzaksiyalardan qorunub

- 244 milyon istifadəçi hesabı bloklanıb

- 424 milyon istifadəçi hesabının yaradılmasının qarşısı alınıb

- Tərtibatçılara məxsus olmuş 470.000 istifadəçi hesabı bloklanıb.

    Hesabatda qeyd olunub ki, əksər hallarda bu və ya digər tətbiq App Store-un təhlükəsizlik sistemindən uğurla keçəndən sonra tərtibatçılar onun çalışma prinsipində dəyişikliklər edirlər.  Bəzən bu cür hallar istifadəçiləri aldatmaq üçün nəzərdə tutulur. Bu cür tətbiqlər tez bir zamanda silinir və tərtibatçılara öz vəziyyətlərini düzəltmək üçün 14 gün vaxt verilir. Əks halda tərtibatçıların istifadəçi hesabları ömürlük bloklanır. Bəzi hallarda isə tətbiqlər istifadəçilərdən lazım olduğundan daha çox konfidensial məlumatları tələb edirlər.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Apple dələduzluq məqsədli tətbiqlər sayəsində milyonlar qazanır

Apple şirkətinin iOS əməliyyat sisteminin təhlükəsizliyi və App Store platformasındakı yüksək səviyy..


Milyonlarla istifadəçinin məlumatları bilinməyən zərərli proqram təminatı tərəfi..

Kibertəhlükəsizlik sahəsində fəaliyyət göstərən tədqiqatçılar login və şifrələrdən, cookies fayllard..


FBI saxta messencer vasitəsilə bütün dünya üzrə 800-ə yaxın cinayətkarı yaxalayı..

Aparılmış Trojan Shield adlı beynəlxalq əməliyyat çərçivəsində bütün dünya üzrə minlərlə polisin işt..


Məşhur Anonymous hacker qruplaşması Elon Musk-a müharibə elan edib (VİDEO)..

Anonymous adlı məşhur hacker qruplaşması yeni video yayımlayıb və həmin videoda SpaceX ilə Tesla şir..


Google Chrome brauzeri yeni təhlükəsizlik funksiyaları əldə edib

Google Chrome brauzerinin yeni versiyası potensial təhlükə mənbəyinə sahib fayllardan və hətta geniş..


Google Play servisləri istifadəçiləri izləməyi dayandıracaqlar

Google şirkəti kontekst reklam elanlarının göstərilməsi üçün istifadə olunan istifadəçi identifikato..

×