Apple şirkətinin həmtəsisçisi Steve Wozniak, Youtube videoservisini məhkəməyə verdi: Səbəb nədir?

Apple şirkətinin həmtəsisçisi Steve Wozniak, Youtube videoservisini məhkəməyə verdi: Səbəb nədir?

Kibertəhlükəsizlik
23.07.2020 PAYLAŞIM

    1976-cı ildə Steve Jobs ilə birlikdə Apple şirkətini yaratmış Steve Wozniak, Youtube videoservisini məhkəməyə verib. Əsas səbəb isə Youtube-da bitcoin paylanması üzrə olan saxta videolardır. Bu barədə 4pda saytı xəbər verib. Məlumata əsasən Youtube videoservisində olan bu cür videolarda Steve Wozniak-ın fotoları əks olunur. Guya bu şəxs hamıya bitcoin paylayır.

    Saxta vdeolarda qeyd olunur ki, istifadəçilər tərəfindən Wozniak-a göndərilən vəsaitlər ikiqat olaraq özlərinə geri qaytarılacaq. Təbii ki, videoda qeyd olunmuş online portmanatlara müəyyən vəsaitlərin göndərilməsindən sonra istifadəçilər geri olaraq heçnə əldə etməyiblər. Wozniak qeyd edib ki, bu cür dələduzlar Elon Musk Bill Gates kimi məşhur şəxslərin də fotolarından istifadə edirlər.


    Bununla yanaşı o bildirib ki, bu cür videoların silinməsi üçün Youtube rəhbərliyinə müraciət edib. Lakin videoservis onun sorularına fikir vermir. Buna görə də Wozniak düşünür ki, Youtube bu cür videolar üçün reklam şəraiti yaratmaqdan əlavə həmçinin onlardan mənfəət də əldə edir. Qeyd etmək lazımdır ki, Wozniak sahib olduğu bitcoin-ləri hələ 2018-ci ildə satıb. 

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Qualcomm-un mobil prosessorlarının modemlərində ciddi sistem boşluğu aşkar edili..

Counterpoint Research şirkətinin mütəxəssisləri Qualcomm prosessorlarının modemlərində ciddi boşluq ..


Kompüterin hackerlərdən qorunması üçün Chrome brauzerinə yeni təhlükəsizlik funk..

Google şirkəti Chrome brauzerində istifadəçi məlumatlarının təhlükəsizliklərini hardware enforced st..


Google Play-də ümumi 700.000 yüklənmə sayına sahib yeni zərərli tətbiqlər aşkar ..

Kibertəhlükəsizlik üzrə mütəxəssislər Android üçün nəzərdə tutulmuş Google Play Store platformasında..


Hackerlər oğurlanmış Apple sənədlərinə görə şirkətdən pul tələb etməkdən imtina ..

Bir neçə müddət bundan öncə hackerlərdən ibarət qruplaşma Apple şirkəti ilə əməkdaşlıq edən Quanta C..


Hackerlər Apple AirDrop-da olan sistem boşluğu sayəsində özəl məlumatları əldə e..

Hackerlər AirDrop-a qoşularaq istifadəçinin telefon nömrəsini və elektron poçt ünvanını əldə edə bil..

×