Archive.today Wikipedia-dan silinir
Təhlükəsizlik
23.02.2026
Ilhama
Technote.az “TechCrunch” platformasına istinadən bildirir ki, Wikipedia redaktorları məşhur arxiv xidməti Archive.today (həmçinin archive.is və archive.ph domenləri altında fəaliyyət göstərir) ilə bağlı radikal qərar qəbul ediblər. Müzakirələrdən sonra platformada Archive.today-ə verilən bütün keçidlərin mərhələli şəkildə silinməsi və saytın “spam blacklist”ə əlavə edilməsi barədə konsensus əldə olunub.
Qeyd edək ki, Archive.today indiyədək Wikipedia məqalələrində 695 mindən çox dəfə istinad kimi istifadə olunub. Xidmət xüsusilə “paywall” arxasında olan materiallara çıxış üçün geniş yayılmışdı və bu səbəbdən çox vaxt istinad mənbəyi kimi göstərilirdi. Wikipedia müzakirə səhifəsində bildirilir ki, platforma istifadəçilərini “istifadəçilərin kompüterlərini DDoS hücumu üçün istismar edən” bir sayta yönləndirməməlidir. İddialara görə, Archive.today CAPTCHA səhifəsinə daxil olan istifadəçilərin brauzerlərində gizli JavaScript kodu işə salaraq müəyyən sayta kütləvi sorğular göndərib.
Bu hücumun hədəfi bloqqer Jani Patokallio olub. Onun sözlərinə görə, 11 yanvardan etibarən arxiv saytının CAPTCHA səhifəsinə daxil olan istifadəçilərin cihazları avtomatik şəkildə onun Gyrovague adlı bloquna sorğu göndərib. Bu isə həm server yükünü artırıb, həm də hostinq xərclərini yüksəldib.
Paylaş