Aşkar edilmiş yeni zərərli Android tətbiqlər Facebook hesablarının oğurlanması ilə məşğul olurlar

Aşkar edilmiş yeni zərərli Android tətbiqlər Facebook hesablarının oğurlanması ilə məşğul olurlar

Kibertəhlükəsizlik
01.07.2021 PAYLAŞIM

    Dr.Web antivirus şirkətinin mütəxəssisləri Google Play-də bəzi zərərli Android tətbiqlər aşkar ediblər. Mütəxəssislərin sözlərinə əsasən aşkar edilmiş zərərli tətbiqlər Facebook istifadəçilərinin login və şifrələrini oğurlayırlar. Həmin zərərli tətbiqlərin yaradıcıları isə onları legitim tətbiqlər kimi maskalayırlar. Görünür, maskalama üsulu həqiqətən də çalşır. Belə ki, aşkar edilmiş zərərli tətbiqləri 5.8 milyondan çox Android istifadəçisi öz smartfonlarına quraşdırıb. Ümumilikdə mütəxəssislər 10 belə zərərli tətbiq aşkar ediblər. Onlardan 9-u hələ də Google Play-də mövcuddur.

    Sözügedən Android troyanlar adi fotoredaktorlar, Android cihazların tənzimləyiciləri, müxtəlif astroloji tətbiqlər, fitnes tətbiqlər və s. kimi maskalanırlar. Aşkar edilmiş zərərli tətbiqlərdən 4-ü Android.PWS.Facebook.13 təsnifatına aiddir. Yerdə qalan 3 zərərli tətbiq isə nu təsnifatlara aiddirlər: Android.PWS.Facebook.14, Android.PWS.Facebook.17Android.PWS.Facebook.18. Aşkar edilmiş zərərli tətbiqlər Google Play-də növbəti adları daşıyırlar: Processing Photo, App Lock Keep App Lock Manager, Rubbish Cleaner, Horoscope Daily, Inwell Fitness PIP Photo.


    Qeyd etmək lazımdır ki, adları çəkilmiş tətbiqlər tamamilə çalışma vəziyyətindədirlər. Sadalanmış tətbiqlərin bütün funksionallıqlarını əldə etmək və reklam elanlarını aradan qaldırmaq üçün istifadəçiyə Facebook hesabı vasitəsilə autentifikasiyadan keçmək təklif olunur. Xüsusi JavaScript koddan istifadə edərək isə hackerlər istifadəçilərin Facebook hesablarını əldə edirlər. Əlavə troyanlar real zaman ərzində olan cookies fayllarını oğurlayırlar. Mütəxəssislər bu tətbiqlər barəsindəki məlumatları Google şirkətinə bildiriblər. Lakin Google zərərli tətbiqlərin hələ ki, yalnız bir hissəsini silib.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


İnternetdə saxta Windows 11 quraşdırılma faylı aşkar edilib

Yeni Windows-u əldə etmək niyyəti ilə istifadəçilər çox zaman piratçılara və kənar resurslara yönəli..


Pirat tətbiqlərin istifadəçilərinə hücum edən yeni virus aşkar edilib

Bitdefender şirkəti internetdə MosaicLoader adlı yeni virusun ortaya çıxdığını bildirib.


Azercell Telekom MMC-dən xəbərdarlıq!

Azercell Telekom” MMC abunəçilərini  “Whatsapp” tətbiqi, SMS və digər kanallar üzərindən göndərilən ..


Hackerlər Whatsapp zəngləri vasitəsilə gizli şəkildə smartfonlara Pegasus casus ..

Smartfon istifadəçiləri yeni təhlükə ilə qarşılaşıblar. Məlum olub ki, hackerlər Whatsapp zəngləri v..


Facebook-un 16.000 əməkdaşı istifadəçilərin konfidensial məlumatlarından sui-ist..

2014-2015-ci illərdə Facebook-un 16.000 əməkdaşı istifadəçilərin özəl məlumatlarını əldə edə biliblə..


İstifadəçilər saxta kriptovalyuta tətbiqləri sayəsində külli miqdarda pul itirib..

Lookout Threat Lab şirkətinin kibertəhlükəsizlik üzrə mütəxəssisləri kriptovalyuta mayninqi ilə bağl..

×