
Avropa Birliyi Telegram istifadəçilərinin bütün yazışmalarını skan etmək istəyirmiş
Təhlükəsizlik
15.10.2025
Emil
Pavel Durov bildirib ki, Avropa Birliyi demək olar ki, bütün istifadəçilərin şəxsi yazışmalarını skan etməyi məcburi edən bir qanun layihəsini qəbul edəcəkdi. Telegram rəhbəri bu barədə Fransadakı bütün istifadəçilərə xəbərdarlıq mesajı göndərərək bildirib ki, bu cür tədbirlər vətəndaşların smartfonlarını izləmə alətlərinə çevirə bilərdi. Durov-un sözlərinə görə, bu qanunvericilik təşəbbüsünün təşəbbüskarı Fransa olub. Ölkənin həm keçmiş, həm də hazırkı daxili işlər nazirləri - Bruno Retailleau və Laurent Nunez - bu təklifi dəstəkləyiblər. Bundan əlavə, onlar ötən ilin mart ayında bəyan etmişdilər ki, polis fransız vətəndaşlarının şəxsi yazışmalarına çıxış əldə etməlidir. Qanun layihəsini Emmanuel Macron ilə əlaqəli olan Renaissance hərəkatının və sağ mərkəzçi Respublikaçılar partiyasının deputatları dəstəkləyiblər.

Telegram rəhbərinin sözlərinə görə, bu cür tədbirlər formal olaraq cinayətkarlığa qarşı mübarizə məqsədi daşıyır, lakin əslində yalnız adi istifadəçiləri əhatə edir. Çünki cinayətkarlar VPN və ya xüsusi saytlar vasitəsilə bu skanlamadan yayınmaq imkanına malikdirlər, hökumət və polis əməkdaşlarının xidməti yazışmaları isə qanun layihəsinə əsasən məcburi nəzarətdən azaddır. “Yalnız SİZ - adi vətəndaşlar - şəxsi mesajlarınızın və fotolarınızın ifşa olunması riski ilə üzləşəcəksiniz” - deyə Telegram məlumatında qeyd olunub. Qanunun qəbulunun qarşısı son anda Almaniyanın təşəbbüsə qarşı çıxması sayəsində alınıb. Bununla belə, Telegram hesab edir ki, Fransa hakimiyyətinin şəxsi yazışmalara tam giriş əldə etmək istəyi səbəbindən Fransiya və digər Avropa Birliyi ölkələrinin vətəndaşlarının əsas hüquqları hələ də təhlükə altındadır.
Paylaş