Bakıda innovasiya və kibertəhlükəsizlik mövzusunda elmi konfrans başlayıb
Təhlükəsizlik
30.04.2026
Farid
Azərbaycan Texniki Universitetində “Mütərəqqi texnologiyalar və innovasiyalar” mövzusunda XI Respublika elmi-texniki konfransı işə başlayıb. Tədbir iki gün davam edəcək.
Technote.az xəbər verir ki, konfransın açılışında universitet rəhbərliyi və Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin nümayəndələri iştirak ediblər. Çıxışlarda rəqəmsal inkişaf və innovasiyanın əhəmiyyəti vurğulanıb.
Bildirilib ki, informasiya texnologiyaları və kibertəhlükəsizlik ölkədə prioritet istiqamətlərdən biridir. Bu sahələr üzrə siyasət hazırda da ardıcıl şəkildə davam etdirilir.
Qeyd olunub ki, süni intellekt və kibertəhlükəsizlik milli təhlükəsizlik sisteminin əsas komponentlərindən sayılır. Rəqəmsal texnologiyaların inkişafı ilə kibertəhdidlərin miqyası da artır.
Məlumata görə, dövlət informasiya resurslarının qorunması istiqamətində tədbirlər həyata keçirilir. Eyni zamanda universitetlə əməkdaşlıq çərçivəsində kadr hazırlığı və elmi-tədqiqat işləri davam etdirilir.
Paylaş