
Bybit oğurlanmış vəsaitlərin qaytarılmasında yardım üçün 140 milyon dollar mükafat veriləcək
Təhlükəsizlik
24.02.2025
Emil
Keçən həftə hakerlər Sinqapurun Bybit kriptobirjasına hücum edərək 1.4 milyard dollardan çox dəyərə sahib rəqəmsal aktiv oğurlayıblar. İndi isə şirkət informasiya təhlükəsizliyi sahəsində çalışan mütəxəssisləri və şirkətləri oğurlanmış vəsaitlərin axtarışı və bərpası proqramına qoşulmağa çağırıb və bərpa olunan məbləğin 10%-ə qədərini mükafat kimi ödəməyi vəd edib. Bu o deməkdir ki, əgər bütün oğurlanmış vəsaitlər qaytarılsa, Bybit 140 milyon dollar mükafat ödəməli olacaq.

"Biz rəsmi olaraq icmamızı mükafatlandırmaq istəyirik, çünki onlar bilik, təcrübə və dəstək verərək Recovery Bounty Program çərçivəsində bizə kömək etdilər. Bybit bu çətinliyi arxada qoymaq, təhlükəsizlik infrastrukturunu köklü şəkildə gücləndirmək, likvidliyi artırmaq və kriptovalyuta icması üçün etibarlı tərəfdaş olmaq niyyətindədir" - deyə Bybit-in həmtəsisçisi və baş direktoru Ben Zhou bildirib. Blokçeyn kəşfiyyatı sahəsində ixtisaslaşan Arkham Intelligence şirkəti müstəqil tədqiqatçı ZachXBT-yə 50 min ARKM tokeni (təxminən 43 000 dollar) məbləğində mükafat ödəyib.
Şirkət bildirib ki, tədqiqatçı Bybit-in sındırılmasının arxasında Şimali Koreya ilə əlaqəli olduğu iddia edilən Lazarus Group haker qruplaşmasının dayandığını sübut edən "hərtərəfli sübutlar" təqdim edib. Bu hadisədən sonra oğurlanmış vəsaitlərin 2 dəfə geri qaytarıldığı barədə də məlumat verilib. Belə ki, 15 min cmETH tokeninin (təxminən 43.5 000 dollar) köçürülməsi bloklanıb və onlar hakerin hesabından bərpa hesabına qaytarılıb. Bundan əlavə, Tether şirkəti Bybit hücumu ilə əlaqəli 181 000 dollar dəyərində USDT tokenlərini dondurduğunu açıqlayıb.
Mənbə: The Block
Paylaş
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
