Cənubi Koreya hökuməti Facebook şirkətini 6 milyon dollar dəyərində cərimələyib: Səbəb nədir?
Təhlükəsizlik
26.11.2020
Farid Pardashunas
Cənubi Koreya hökuməti konfidensial məlumatların qorunması qanunu pozduğuna görə Facebook şirkətini 6 milyon dollar dəyərində cərimələyib. Belə ki, istifadəçilər öz Facebook hesabları vasitəsilə kənar servislərə daxil olan zaman Facebook şirkəti onların konfidensial məlumatlarını üçüncü tərəflərə ötürübmüş. Bu barədə Rusbase saytı xəbər verib. Məlumatda qeyd olunub ki, 6 il ərzində Facebook şirkəti öz istifadəçilərinin razılığı olmadan onların konfidensial məlumatlarını biznes operatorlara ötürüb.
Bu, Cənubi Koreya tarixində kənar ölkənin şirkətinə qarşı tətbiq olunmuş ilk sanksiyadır. 2012-ci ildən 2018-ci ilə kimi Facebook şirkəti 3.3 milyon koreyalı istifadəçinin konfidensial məlumatlarını üçüncü tərəflərə ötürüb. Bundan əlavə olaraq həmin şəxslərin Facebook-dakı dostlarının konfidensial məlumatları da üçüncü tərəflərə ötürülürdü və bu məsələdə həmin istifadəçilərin razılığı əldə olunmurdu. Ötürülmüş konfidensial məlumatlar arasında istifadəçilərin adları, ünvanları, doğum tarixləri və sosial şəbəkədə qeyd etdikləri münasibət statusu olub.
Bundan əlavə olaraq sözügedən məsələdə aparılmış istintaq çərçivəsində Facebook şirkəti lazımi sənədləri təqdim etmədiyinə görə verilmiş zərərin hansı miqyasda olduğunu təyin etmək qeyri mümkündür. İstintaq çərçivəsində əldə olunmuş bütün məlumatlar Cənubi Koreya prokuraturası tərəfindən İrlandiyadakı Facebook İreland şirkətinə qarşı cinayət istintaqı üçün göndəriləcək. Qeyd etmək lazımdır ki, Cənubi Koreyada Facebook-un işinə nəzarət edən məhz Facebook İreland şirkətidir. Cənubi Koreya qanunlarına əsasən bu halda şirkətin icraçı direktorunu cərimə və 5 il müddətinə azalıqdan məhrum etmə cəzası gözləyə bilər.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək
Galaxy C seriyası geri qayıtdı: Samsung Galaxy C55 5G smartfonu təqdim edilib - QİYMƏTİ