Logo
    main-post-cover

    ChatGPT-dən istifadə edən kibercinayətkarın və dələduzların sayı artıb

    Təhlükəsizlik
    05.12.2024
    Emil
         Günümüzdə ChatGPT ən güclü süni zəka alətlərindən biri hesab edilir. Bu süni zəka əsaslı çat-bot insanın gündəlik fəaliyyətində müxtəlif sahələrlə bağlı fayda verə bilir. Lakin məlum olub ki, ChatGPT üstəlik internetin qaranlıq tərəfində də aktiv şəkildə istifadə edilir. Moonlock Lab adlı şirkətin İT mütəxəssislərinin təqdim etmiş olduqları hesabata əsasən ChatGPT son zamanlarda kibercinayətkarlar və dələduzlar arasında çox məşhur olur. Onlar bu süni zəka sistemini zərərli proqram təminatının tərtib olunmasında istifadə edirlər. Daha sonra isə tərtib edilmiş zərərli proqram təminatı kompüterlərə edilən kiberhücumlarda istifadə edilir.
         Bir qayda olaraq bu cür proqram təminatının hazırlanması üçün geniş biliklərə və uzunmüddətli təcrübəyə sahib olmaq lazımdır. Lakin ChatGPT kimi süni zəka sistemlərinin istifadəyə verilməsi sayəsində bu cür proqram təminatını hazırlamaq bir neçə saat vaxt aparır. Mütəxəssislər daha bir tendensiyanı da qeyd ediblər. Belə ki, zərərli proqram təminatının hazırlanması xidmətinin qiyməti sürətlə aşağı düşüb. Daha əvvəllər bu cür xidmətin qiyməti on minlərlə dollar təşkil edirdisə, indi internetin qaranlıq tərəfində 1500$-a belə xidmətdən yararlanmaq mümkündür. Səbəb isə rəqabətdədir. Süni zəka sistemlərinin istifadəyə verilməsi ilə günümüzdə belə xidməti demək olar istənilən şəxs təklif edə bilər.
    Paylaş