main-post-cover

    Chrome üçün reklam bloklayıcı əlavələrin (extensions) 80%-i zərərli proqram təminatı imiş (SİYAHI)

    Təhlükəsizlik
    07.08.2020
    Emil Nəcəfov
        AdGuard şirkətinin mütəxəssisləri Chrome brauzerində reklamların bloklanması üçün nəzərdə tutulmuş əlavələrin (extensions) analizi barədə hesabat təqdim ediblər. Təqdim edilmiş hesabatda mütəxəssislərin gəldikləri nəticələr heç də ürəkaçan deyil. Belə ki, onların test etdikləri Chrome əlavələrinin 80%-i milyonlarla istifadəçinin kompüterini yoluxdurmuş zərərli proqram təminatı olublar. Bu barədə 4pda saytı xəbər verib. Tədqiqata əsasən reklam bloklanması ilə məşğul olmalı əlavələrin 295-dən 245-i ümumiyyətlə bu funksiyanı yerinə yetirmir.
        Bununla yanaşı onlardan bəziləri Chrome brauzerinə quraşdırılandan sonra kənar serverlərdən zərərli kodu yükləyərək istifadəçilərə Google və Bing axtarış sorğularında reklamlar təqdim edirlər. Bəzi hallarda brauzerə kənar cookie faylların inteqrasiyası sistemindən istifadə olunub. Bu vəziyyətdə zərərli proqram təminatının müəllifi istifadəçinin yoluxmuş kompüter vasitəsilə reallaşdırdığı hansısa alıv-verişdən cashback əldə edir. Fake əlavələrin çox hissəsinin adlarında reklam bloklanmasını əhatə edən sözlərdən istifadə olunub.
        İstifadəçilər arasında ən çox məşhurluq qazanmış isə Adblock-un saxta versiyaları olublar. Orijinal əlavəyə maksimal dərəcədə oxşamaq üçün saxta əlavələrə oxşar adlar (Ad-block və ya Adblocker) və ikonlar seçilib. Məlumata əsasən Google şirkəti artıq bu cür saxta əlavələrin silinməsi prosesinə start verib. Aşkar edilmiş bütün zərərli əlavələrin siyahısı ilə GitHub-dan tanış olmaq olar. Əgər siz siyahıdakı hansısa əlavədən öz brauzerinizə quraşdırmısınızsa onu dərhal silməyi məsləhət görürük. 
    Linki kopyala