Logo
    main-post-cover

    Çin deepfake-lərə qarşı mübarizəni gücləndirir

        Çin süni intellekt vasitəsilə yaradılan təhqir, böhtan və digər onlayn zorakılıq hallarına qarşı yeni qaydalar hazırlayır. Ölkənin internet tənzimləyicisi olan Kiberməkan Administrasiyası (CAC) iyulun 29-da “kiberzorakılıq”la mübarizəyə dair yeni qaydalar layihəsini ictimai müzakirəyə təqdim edib. Yeni qaydalar internetdə insanlara qarşı yayılan təhqiramiz, böhtan xarakterli və ya yalan məlumatları əhatə edir. Bununla yanaşı, süni intellektlə yaradılmış saxta görüntülər, deepfake materiallar və avtomatik şəkildə hazırlanan təhqiramiz mətnlər də qaydaların əhatə dairəsinə daxil ediləcək.
    China's AI strategy all about serving the state - Asia Times
        Əsas məsuliyyət sosial şəbəkələrin və digər onlayn platformaların üzərinə qoyulur. Qaydalara əsasən, platformalar kiberzorakılıq hallarını avtomatik müəyyən edən sistemlər yaratmalı, istifadəçilərə gələn mesaj və şərhləri bir düymə ilə bloklamağa imkan verən “bir kliklə qorunma” funksiyası təqdim etməlidirlər. Platformalardan həmçinin təkrar qayda pozuntusuna yol verən şəxslərin qara siyahısını hazırlamaq, görülən tədbirlər barədə mütəmadi hesabat təqdim etmək və kütləvi onlayn hücumları erkən mərhələdə aşkarlayan xəbərdarlıq sistemləri qurmaq tələb olunacaq. Qaydaları pozan şəxslərin hesablarının fəaliyyətinin məhdudlaşdırılması və hətta tamamilə bağlanması nəzərdə tutulur.
    Paylaş