
Çin dövlət qurumu Apple AirDrop-u hack edib
Təhlükəsizlik
09.01.2024
Emil
Apple AirDrop servisi Çin dövlət qurumu tərəfindən hack edilib. Bunun sayəsində Çin hökuməti arzuolunmaz kontentlərin yayılması ilə məşğul olan şəxslərin kimliklərini təyin edə biləcək. Qeyd etmək lazımdır ki, Apple şirkətinin AirDrop servisi yaxınlıqda yerləşən macOS və ya iOS cihazları təyin edərək Wi-Fi və ya Bluetooth üzərindən onlar arasında faylların mübadiləsini reallaşdırır. İstifadəçilər AirDrop üzərindən fotoları, videoları, sənədləri, şifrələri və s. faylları qəbul edə və göndərə bilərlər.
Cihazlar arasında məlumatların mübadiləsi zamanı naqilsiz qoşulmada TLS adlı şifrələnmədən istifadə edildiyi üçün Apple AirDrop-un protokolunu təhlükəsiz hesab edir. Lakin Pekin Ədliyyə Bürosu sözügedən şifrələnmədən yan keçməyə və üstəlik fayl mübadiləsini reallaşdıran şəxsi təyin etməyə imkan verən üsulun hazırladığını elan edib. Bununla yanaşı məlumatda qeyd edilib ki, hazırlanmış üsul vasitəsilə artıq bir neçə şübhəli şəxs də təyin edilib.
Paylaş
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
