Çinli dələduzlar deepfake vasitəsilə dövlətin üz skanı sistemini aldadaraq külli miqdarda gəlir əldə ediblər

Çinli dələduzlar deepfake vasitəsilə dövlətin üz skanı sistemini aldadaraq külli miqdarda gəlir əldə ediblər

Kibertəhlükəsizlik
05.04.2021 PAYLAŞIM

    Bu ilin yanvar ayında Şanxay prokurorluğu insanların üzlərinin təyini sistemi ilə baş vermiş dələduzluğu reallaşdırmış 2 çinli vətəndaşı günahlandırmışdı. Onların adları açıqlanmasa da soyadları məlumdur. Birinin soyadı Wu, digərinin soyadı isə Zhou-dur. Verilmiş məlumata əsasən həmin 2 şəxs 2018-ci ildən vergi xidmətinin şəxsiyyətin yoxlanılması sistemini aldadıb və saxta vergi fakturaları yaradıblar. Bu barədə South China Morning Post saytı xəbər verib. İnsanların üzlərinin skan sistemini aldatmaq üçün çinli dələduzlar Çində yayılmış online qara bazarda yüksək keyfiyyətdə olan insan fotolarını və saxta şəxsi məlumatları alırdılar. Bütün bunların qiyməti 5$-38$ təşkil edir.

    Hack prosesi üçün nəzərdə tutulmuş servislər bu cür məlumatları yığan özəl və dövlət sistemlərinin öhdələrindən asanlıqla gəlirlər. Nəticədə çinli dələduzlar əldə edilmiş fotoları deepfake tətbiqlər vasitəsilə emal ediblər. Qeyd etmək lazımdır ki, bu cür tətbiqlər adi fotoları canlandıra bilirlər. Belə ki, fotolardakı üzləri hərəkət etdirərək onlardan videolar hazırlayırlar. Bu cür tətbiqləri pulsuz şəkildə rahatlıqla yükləmək mümkündür. Növbəti mərhələdə dələduzlar sistemi hack edilmiş xüsusi smartfonlar alıblar. İnsan üzünün skan olunması zamanı bu cür smartfonların ön kameraları işə düşmürlər.


Bunun yerinə sistem öncədən hazırlanmış deepfake videonu əldə edir və onu kameradan əldə edilmiş görüntü kimi qəbul edir. Bu cür smartfonların qiymətləri təqribi olaraq 250$ təşkil edir.

    Bu üsul ilə dələduzlar saxta şirkəti qeydiyyatdan keçirdiblər və həmin şirkət öz müştərilərinə saxta vergi fakturaları təqdim edib. 2 il ərzində dələduzlar bu üsul vasitəsilə 76.2 milyon dollar vəsait qazanıblar. Qeyd etmək lazımdır ki, biometrik skan üsulları Çində çox geniş yayılıb. İnsanlar onların vasitəsilə alış-verişlərini, ödənişlərini təsdiq edirlər. 1 may tarixindən Çində yeni qanun qüvvəyə minəcək və həmin qanun özəl məlumatların aşırı dərəcədə yığılmasını məhdudlaşdıracaq. Hökumət artıq 39 kateqoriyadan olan tətbiqlər üçün lazım olan minimal məlumatlar siyahısını tərtib edib. Məsələn online mağazalar və məhsulların çatdırılması servisləri üçün istifadəçinin telefon nömrəsi, adı, ünvanı və ödəniş rekvizitləri kifayət edəcək.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Hackerlər saxta birja vasitəsilə istifadəçilərin bitcoinlərini oğurlayırlar..

Hackerlər kriptovalyuta sahiblərinin aldadılması yolunda yeni üsullar fikirləşməkdə davam edirlər...


Whatsapp istifadəçilərinin şəxsi mesajları kənar şirkət tərəfindən oxunulur..

ProPublica adlı qeyri kommersiya təşkilatının apardığı irimiqyaslı araşdırma nəticəsində Whatsapp-ın..


Kimliyi bilinməyən hacker videokartlar üçün 'görünməyən' virus yaradıb

Keçən ayın sonunda kimliyi bilinməyən hacker kompüterlərin hack olunması üçün nəzərdə tutulmuş yeni ..


Microsoft Azure bulud servisindəki ciddi sistem boşluğundan xəbər verib

Microsoft şirkəti bildirib ki, Azure bulud servisində olmuş sistem boşluğu səbəbilə son 2 il ərzində..


İstifadəçilərin pullarını oğurlayan Joker troyanına sahib yeni Android tətbiqlər..

Google Play-də silinmiş saxta tətbiqlərə baxmayaraq mütəxəssislər bu platforma vasitəsilə yayılmış ə..


Özünü Apple əməkdaşı kimi təqdim etmiş hacker iCloud hesablardan 620.000 foto və..

Los Ancelesin La Puent şəhərində yaşayan Hao Kuo Chi adlı 40 yaşlı şəxs minlərlə iCloud hesabını hac..

×