
Deepfake ilə 25 milyon dollarlıq soyğun həyata keçirildi!
Təhlükəsizlik
05.02.2024
Aslan
Çin mərkəzli "South China Morning Post"un polisə əsaslanaraq verdiyi məlumata görə, fırıldaqçılar şirkətin Hong Kong şöbəsində çalışan bir işçinin iş yoldaşlarının deepfake görüntülərindən istifadə edərək 25 milyon dollarlıq soyğun həyata keçiriblər.
Yanvar ayında maliyyə departamentində çalışan bir işçi şirkətin Böyük Britaniyada yerləşən ofisində baş maliyyə direktoru olduğunu iddia edən bir şəxs tərəfindən mesaj alıb. Daha sonra işçi şirkətin maliyyə direktoru və digər şirkət əməkdaşları kimi özlərini təqdim edən, yəni deepfake görüntülər istifadə edən fırıldaqçılarla video zəng edib. Məlumatlara görə, işçi bu görüş zamanı aldığı təlimat əsasında Hong Kong-un müxtəlif bank hesablarına təxminən 25,6 milyon dollar pul köçürüb. Bu hadisədən 1 həftə sonra işçi şirkətin baş ofisi ilə əlaqə saxladığı zaman nəyinsə səhv olduğunu anlayıb. Şirkət və işçilərin adları hələ ki, açıqlanmasa da, fırıldaqçılar tərəfindən işçilərin ictimaiyyətə açıq olan video və audiolarından istifadə edilərək onların deepfake görüntülərinin yaradıldığı bildirilir.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

iPhone 16e təqdim edilib - QİYMƏTİ
