
Dələduzlar kiberhücumların və dələduzluqların təşkilində ChatGPT-nin imkanlarından yararlana bilərlər
Təhlükəsizlik
28.03.2023
Emil
Avropa Birliyinin polis xidmətinin (Avropol) mütəxəssislərinin fikirlərinə əsasən dələduzlar dələduzluqlar ilə kiberhücumların təşkilində və qadağan edilmiş kontentlərin yayılmasında süni zəka əsaslı ChatGPT çat-botunun imkanlarından yararlana bilərlər. Bundan əlavə olaraq mütəxəssislər narahatdırlar ki, darknetdə heç bir filtrə və məhdudiyyətə sahib olmayan süni zəka əsaslı dil modelləri ortaya çıxa bilər. Avropol mütəxəssisləri bildiriblər ki, ChatGPT cinayətkarlara yeni dələduzluq sxemlərinin incələnməsində yardımçı ola bilər. Məsələn əgər dələduz konkret kriminal sahəsi barəsində heç bir məlumata sahib deyilsə, süni zəka əsaslı dil modeli bu məsələnin incələnməsi prosesini dələduz üçün sürətləndirə bilər.
Məlumatda qeyd edilib ki, bütün bu məlumatlar internetdə mövcuddur. ChatGPT isə həmin məlumatların axtarış prosesini sürətləndirir. Mütəxəssislərin fikirlərinə əsasən ChatGPT-nin zərərli proqram təminatı kodlarını tərtib etmə bacarığı aşağı texniki biliklərə sahib cinayətkarlara kiberhücumların təşkil edilməsində yardımçı olur. Bununla belə daha yüksək texniki bacarıqlara sahib cinayətkarlar süni zəka əsaslı dil modelinin imkanları vasitəsilə kibercinayətləri avtomatlaşdıra billərlər. Mütəxəssislər düşünürlər ki, süni zəka əsaslı dil modellərinin böyük şirkətlər tərəfindən inkişaf etdirilməsi və məşhurlaşdırılması öz növbəsində dezinformasiyada və dələduzluqda istifadə edilən fake məlumatların və deepfake-lərin yaradılması prosesini sadələşdirə bilər.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Azercell-in eksklüziv tərəfdaşlığı ilə “Bakı Marafonu 2025” baş tutdu
