Dələduzlar Whatsapp-ın yeni konfidensiallıq qaydaları adı ilə spam mesajlar göndərirlər
Təhlükəsizlik
17.05.2021
Emil Nəcəfov
Whatsapp istifadəçiləri messencerin ödənişli istifadə sisteminə keçidi barəsində bildiriş əldə etməyə başlayıblar. Guya messencerin ödənişli istifadə sisteminə keçid etməməsi üçün bildiriş formatında olan mesajı göndərmiş dələduz onu digər 10 şəxsə göndərməyi tələb edir. Heç bir doğruluğu əks etdirməyən bu cür mesajı əsasən təqaüdə çıxmış şəxslər əldə edirlər. Kibertəhlükəsizlik sahəsində fəaliyyət göstərən mütəxəssislər bildiriblər ki, göndərilən bu mesajı sadəcə rədd etmək lazımdır.
Daha əvvəllər bu cür mesajlar mail vasitəsilə yayılırdı və ictimaiyyətin manipulyasiyası üçün istifadə olunurdu. Mütəxəssislər bu cür mesajları zəncirli məktublar adlandırırlar. Belə ki, onları qəbul əldə etmiş şəxslərin əksəriyyəti mesajlarda qeyd edilmiş təlimatlara riayət edirdi. Bununla da onlar digər istifadəçilərin mail ünvanlarını müxtəlif spamlarla doldururdular. Lakin yaranmış yeni vəziyyətin əsas səbəbkarı Whatsapp-da qüvvəyə minmiş yeni konfidensiallıq siyasətidir.
Həmin konfidensiallıq siyasətinə əsasən Whatsapp istifadəçilərinin bir sıra məlumatları Facebook-a ötürüləcək. Dələduzlar isə bu cür imkandan istifadə edərək yeni dələduzluq sistemini yaradıblar. Belə ki, onlar istifadəçilərə xüsusi mesaj göndərirlər və həmin mesajda qeyd olunur ki, messencerin ödənişli istifadə sisteminə keçid etməməsi üçün mövcud mesajı digər 10 şəxsə göndərmək lazımdır. Bu cür mesajı qəti şəkildə heç kimə göndərmək lazım deyil. Mesajı əldə etmiş istifadəçilər onu sadəcə olaraq silməlidirlər.
Linki kopyala
Həftənin xəbərləri
Whatsapp yaxın zamanda 2 yeni funksiyanı əldə edəcək
Qutusu açılmamış birinci nəsil iPhone modeli 15 Pro Max-dan təxminən 80 qat baha qiymətə satılıb!