Logo
    Eiliko robotundakı boşluq 13 milyon söhbəti, 68 000 cihazı riskə atıb

    Eiliko robotundakı boşluq 13 milyon söhbəti, 68 000 cihazı riskə atıb

        “Energize Lab” şirkətinin hazırladığı “Eiliko” robot oyuncağında ciddi təhlükəsizlik boşluğu tapılıb. Bu boşluq istifadəçilərin şəxsi məlumatlarını riskə atıb. Süni intellektlə işləyən cihazla simsiz şəbəkə üzərindən aparılan söhbətlər Çindəki serverlərdə saxlanılıb. Tədqiqatçı sistemə maneəsiz daxil olaraq söhbətlərin tam mətnini görüb. O, robotun davranışını uzaqdan dəyişdirə bildiyini də göstərib.
    Eiliko robotundakı boşluq 13 milyon söhbəti, 68 000 cihazı riskə atıb
        Sınaq üçün “Eiliko” 29 avqustda “Amazon”dan alınıb, 30 avqustda isə cihazla 10 dəqiqə danışılıb. Robot sirrləri qoruyacağını desə də, söhbətin tam mətni bir neçə dəqiqə sonra sistemdən götürülüb. Tədqiqatçı ümumilikdə 13 milyon söhbəti oxuya bilib və 68 000 aktiv robota çıxış əldə edib. Məlumat bazasında ABŞ-dəki uşaqlara aid 31 000-dən çox profil də olub.
        “Energize Lab” xidmətinin söhbətlər əsasında istifadəçi profilləri hazırladığı da üzə çıxıb. Profillərdə ad, yaş, doğum günü, peşə, ailə üzvləri, dostlar, ev heyvanları və şəxsi xüsusiyyətlər qeyd olunub. Elektron poçt və internet bağlantısını müəyyən edən IP ünvanları ilə saxlanan bu məlumatlardan dələduzluq üçün yararlanmaq olar. Bəzi uşaq fotoları şifrələnməyib, qısa səs yazıları da açıq internet ünvanlarında qalıb. Halbuki şirkət məxfilik qaydalarında səs yazılarının emaldan dərhal sonra silindiyini yazır.
    Eiliko robotundakı boşluq 13 milyon söhbəti, 68 000 cihazı riskə atıb
        Xidmətin idarəetmə bölməsində çox sadə və geniş yayılan parollardan istifadə olunduğu da aşkarlanıb. Tədqiqatçı 1 aydan çox müddətdə boşluq barədə “Energize Lab” şirkətinə xəbər çatdırmağa çalışıb və şirkətin 10 elektron poçt ünvanına yazıb. Yalnız 2 əməkdaş əlaqə sorğusunu qəbul edib, amma texniki sualları cavablandırmayıb. Müştəri xidməti də avtomatik cavabdan sonra məsələ ilə bağlı əlavə açıqlama verməyib.
        Daha sonra tədqiqatçı robotun yaddaşına uzaqdan müdaxilə edərək LLM-i dəyişib. LLM robotun cavablarını yaradan dil modelidir. Dəyişiklikdən sonra “Eiliko” istifadəçiyə saxta şəxsi məlumatlar deyib, Yer kürəsinin düz olduğunu israrla müdafiə edib və uyğun olmayan ifadələr səsləndirib. Bəzi təhlükəsizlik məhdudiyyətləri işləsə də, robotu zərərli müdaxilədən qorumağa kifayət etməyib. Tədqiqatçının sözlərinə görə, belə hücumu 68 000 robotun hamısına eyni anda tətbiq etmək olar.

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...