Logo
    main-post-cover

    Elon Musk ilə bağlı kriptovalyuta dələduzluqları davam edir

    Təhlükəsizlik
    25.06.2024
    Emil
       Jurnalistlər dünən YouTube-da 5 saatlıq canlı yayım aşkar ediblər. Aşkar edilmiş canlı yayımda Elon Musk-ın deepfake görüntüsündən istifadə edilərək istifadəçilər arasında kriptovalyuta dələduzluğu yayılıb. Artıq YouTube-dan silinmiş həmin videoda Tesla şirkətinin tədbiri əks olunub və Elon Musk izləyiciləri şübhəli sayta daxil olaraq öz bitcoin, ethereum, dogecoin və digər kriptovalyutalarını göndərməyə çağırıb. Bunun müqabilində isə Musk göndərilən kriptovalyutaların ikiqat şəkildə geri qaytarılacağına söz verib. Məlumata əsasən pik zamanda sözügedən canlı yayımı 30 000-dən çox insan izləyib. Heç istisna deyil ki, canlı yayımın baxış sayı botlar vasitəsilə yüksəldilib.
        Özünü Tesla şirkəti kimi qələmə vermiş YouTube kanalının özü isə Google şirkətinin təsdiq işarəsinə sahib olub. Bu isə öz növbəsində hansısa YouTube kanalının sındırılaraq Tesla tərz kanala dəyişdirilməsinə işarə edir. Jurnalistlər bu məsələ ilə bağlı Google şirkətinə müraciət edəndən sonra canlı yayım videosu və kanalın özü YouTube-dan siliniblər. Musk-ın deepfake görüntülərinin istifadəsi ilə bu cür kriptovalyuta dələduzluqlarının sayı son zamanlarda olduqca artıb. Hər növbəti cəhd çərçivəsində dələduzlar özlərini Musk kimi qələmə verərək saxta hesablardan istifadə ediblər. Təkcə keçən ay özlərini SpaceX şirkəti kimi qələmə vermiş 35 ədəd hesab aşkar edilmişdi.
    Paylaş
    Bənzər xəbərlər
    internetden-istifade-eden-her-kese-tesir-ede-bilecek-tehlukesizlik-acigi-askar-edilib
    Təhlükəsizlik

    İnternetdən istifadə edən hər kəsə təsir edə biləcək təhlükəsizlik açığı aşkar edilib!

    nternet bağlantısının gecikməsindən istifadə edərək istifadəçilərin internet tarixçəsini izləməyə imkan verən təhlükəsizlik açığı aşkar edilib. Üstəlik, bu təhlükəsizlik açığını bağlamağın heç bir yolu yoxdur.
    hakerler-ve-deleduzlar-suni-zekadan-daha-aktiv-sekilde-istifade-etmeye-baslayiblar
    Təhlükəsizlik

    Hakerlər və dələduzlar süni zəkadan daha aktiv şəkildə istifadə etməyə başlayıblar

    Aparılmış yeni tədqiqata əsasən hakerlər və dələduzlar kibercinayətlərin yerinə yetirilməsi və təhlükəsizlik sistemlərindən yan keçmək məsələlərində süni zəka texnologiyalarından daha çox istifadə etməyə başlayıblar.
    hakerler-50-cent-in-x-deki-hesabini-sindiraraq-yarim-saatda-3-milyon-dollar-qazaniblar
    Təhlükəsizlik

    Hakerlər 50 Cent-in X-dəki hesabını sındıraraq yarım saatda 3 milyon dollar qazanıblar

    50 Cent ləqəbi ilə tanınan məşhur reper Curtis James Jackson öz pərəstişkarları ilə birlikdə dələduzluğun qurbanına çevrildiyini bildirib.
    elon-musk-in-starlink-peykleri-ozon-tebeqesini-mehv-ede-biler
    Elm & Texnologiya

    Elon Musk-ın Starlink peykləri, ozon təbəqəsini məhv edə bilər!

    SpaceX şirkətinin qlobal miqyasda internet xidməti göstərməsi üçün Elon Musk-ın orbitə yerləşdirdiyi minlərlə Starlink peykinin Yer kürəsinin ozon təbəqəsini öldürə biləcəyi məlum olub.
    hakerler-movcud-sifrelerin-45-ni-1-deqiqeye-teyin-ede-bilerler
    Təhlükəsizlik

    Hakerlər mövcud şifrələrin 45%-ni 1 dəqiqəyə təyin edə bilərlər

    Kaspersky Lab şirkətinin mütəxəssisləri darknetdə aşkar edilmiş 193 milyon şifrəni bu ay analiz ediblər.