Elon Musk-ın, Bill Gates-in və bir neçə məşhur şirkətin Twitter hesabları hack olunub

Elon Musk-ın, Bill Gates-in və bir neçə məşhur şirkətin Twitter hesabları hack olunub

Kibertəhlükəsizlik
16.07.2020 PAYLAŞIM

    Hackerlər Elon Musk, Bill Gates, Binance servisinin rəhbəri Changpeng Zhao və kriptovalyuta sahəsinin 50-dən çox nümayəndəsinin Twiter hesablarını hack ediblər. Hackerlər həmin hesablarda bir neçə min bitcoin-in paylanması barədə tweet-lər paylaşıblar. Bunun üçün isə istifadəçilərdən sadəcə olaraq tweet-lərdə qeyd edilmiş online portmanatlara müəyyən vəsait göndərmək tələb olunub. Bu barədə Vc.ru saytı xəbər verib. Blockchain.com saytının məlumatına əsasən istifadəçilər artıq hackerlərin hesablarına 4-dən çox bitcoin göndəriblər.


    Çox güman ki, müyyən müddətdən sonra göndərilmiş bitcoin-lərin sayı artacaq. Belə ki, bir çox tranzaksiyalar öz təsdiqlərini gözləyirlər. Başqa sözlə desək, kriptovalyuta artıq göndərilib, lakin hələ online portmanata çatmayıb. Bir çox hallarda hackerlərin bu cür mesajları hələ də silinməyiblər və bəzi Twitter hesabları kiberhücumlara məruz qalmaqda davam edirlər. Məlumata əsasən bu hadisənin baş verməsində səbəb olan sistem boşluğu məhz Twitter-in özündədir.

    Buna görə də ondan heç kim qorunmur. “Bu kiberhücum böyük miqyasa sahibdir və uzun illər ərzində Twitter-ə təsir edəcək. Ölkələrin rəhbərlərinin öz hesablarında nə gəldi paylaşmalarının qarşısını almaq üçün tez bir zamanda tədbir görmək lazımdır. Bu çox təhlükəlidir” - deyə analitiklərdən biri qeyd edib. Bitcoin həvəskarı olan Andreas Antonopoulos güman edir ki, Twitter-in tweet-ləri yerləşdirmək üçün nəzərdə tutulmuş API servisi kiberhücuma məruz qalıb.

    “Bütün bu hesabların etibarlı şifrəyə və iki faktorlu autentifikasiya sisteminə sahib olmamaları ehtimalı mümkün deyil. Düşünmürəm ki, məhz Twitter hack edilib. Çox güman ki, sosial şəbəkələrdə paylaşımlar etmək üçün nəzərdə tutulmuş kənar servislərdən biri kiberhücuma məruz qalıb. Bu cür servislər daha aşağı təhlükəsizlik səviyyəsinə sahib olurlar. Lakin buna baxmayaraq onlar istifadəçi tərəfindən təqdim olunan Twitter API-larına sahib olurlar” - deyə Andreas qeyd edib. Qeyd etmək lazımdır ki, hackerlər həmçinin Amazon CEO-su Jeff Bezos-un, Apple Uber şirkətlərinin də Twitter hesablarını hack ediblər.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Google Play-də ümumi 700.000 yüklənmə sayına sahib yeni zərərli tətbiqlər aşkar ..

Kibertəhlükəsizlik üzrə mütəxəssislər Android üçün nəzərdə tutulmuş Google Play Store platformasında..


Hackerlər oğurlanmış Apple sənədlərinə görə şirkətdən pul tələb etməkdən imtina ..

Bir neçə müddət bundan öncə hackerlərdən ibarət qruplaşma Apple şirkəti ilə əməkdaşlıq edən Quanta C..


Hackerlər Apple AirDrop-da olan sistem boşluğu sayəsində özəl məlumatları əldə e..

Hackerlər AirDrop-a qoşularaq istifadəçinin telefon nömrəsini və elektron poçt ünvanını əldə edə bil..


Mütəxəssislər reklam baxışlarını imitasiya etmiş dələduz Android tətbiqlərini aş..

Dələduzlar milyona yaxın Android cihaza xüsusi proqram təminatı quraşdırıblar və həmin proqram təmin..


Hackerlər Apple-a aid sənədlərə görə şirkətdən 50 milyon dollar tələb edirlər..

Apple şirkətinin dünənki təqdimat tədbiri zamanı rus hackerlərdən ibarət REvil adlı qruplaşma şirkət..

×