Əsl virus mənbəyi: Google Play Store-da yayımlanan zərərli tətbiqlərin statistikası

Əsl virus mənbəyi: Google Play Store-da yayımlanan zərərli tətbiqlərin statistikası

Kibertəhlükəsizlik
09.06.2020 PAYLAŞIM

    Təhlükəsizlik üzrə mütəxəssislər Android istifadəçilərə tətbiqləri Google Play-dən yükləməyi məsləhət görsələr də çox zaman zərərli tətbiqlərin çox hissəsi məhz bu platformada aşkar edilir. Upstream adlı tədqiqat şirkəti mobil cihazların həmin zərərli tətbiqlər ilə yoluxma statistikasından əlavə olaraq bu cür tətbiqlərin aktiv çoxalmalarını da təyin edir. Bu barədə Gizchina saytı xəbər verib. Beləliklə Upstream şirkətinin təqdim etdiyi hesabata əsasən bu ilin birinci rübündə Android üçün olan zərərli tətbiqlərin sayı 29.000-i keçib.

    Müqayisə üçün qeyd etmək lazımdır ki, keçən ilin birinci rübündə bu göstərici 14.500 idi. Beləliklə Android üçün olan zərərli tətbiqlərin sayı iki dəfə yüksəlib. Mütəxəssislər qeyd ediblər ki, Android üçün olan 10 zərərli tətbiqdən 9-u məhz Google Play-də aşkar edilib. Bu isə o deməkdir ki, həmin tətbiqlər Google Play platformasının moderasiya prosesindən və təhlükəsizlik sistemindən keçə biliblər. Keçən ilin sonunda yayılmış 100 zərərli tətbiqin təqribi olaraq 30%-i məhz Google Play-də aşkar edilmişdi.


    Mütəxəssislər həmçinin qeyd ediblər ki, viruslarla yoluxmuş Android cihazların sayı 11.2 milyon təşkil edir. Bu isə keçən ilin birinci rüb göstəricisi ilə müqayisədə 7% daha çoxdur. Bu məsələdə maraqlı bir qanunauyğunluq var. Belə ki, zərərli tətbiqlərin böyük hissəsi əyləncə kateqoriyasına aiddir və onlar xəbər oxumağa, musiqi dinləməyə və oyun oynamağa imkan verirlər. Bu ilin əvvəlinin ən problemli tətbiqi isə Snaptube hesab edilir. Sözügedən tətbiqin yüklənmə sayı 40 milyonu keçib. Bu tətbiq Google Play-dən silinsə də kənar resurslar tərəfindən yayılır.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Facebook-un gizli şəkildə istifadəçilərin hərəkətlərini izlədiyi məlum olub (VİD..

Facebook-un istifadəçi məlumatlarını yığması faktı artıq heç kimi təəccübləndirmir.


Google Play-də 'Squid Game' serialı kimi maskalanan zərərli tətbiqlər aşkar edil..

Netflix şirkətinin bir neçə müddət bundan öncə ekranlara çıxartmış olduğu "Squid Game” serialı ..


Donald Trump-ın sosial şəbəkəsi istifadəyə verilməmişdən öncə artıq hack edilib..

Anonymous adlı məşhur hacker qruplaşması Donald Trump tərəfindən təsis edilmiş TRUTH Social adlı sos..


Hackerlər iPhone 13 Pro-nu 1 saniyə ərzində hack ediblər

Tianfu Kuboku adlı 4-cü Beynəlxalq Kibertəhlükəsizlik Yarışı çərçivəsində hackerlərdən ibarət Pangu ..


Dələduzlar deepfake texnologiya vasitəsilə bankdan 35 milyon dollar oğurlayıblar..

Süni zəka sisteminin generasiya etdiyi səs simulyasiyası sayəsində cinayətkarlar Birləşmiş Ərəb Əmir..


Android əməliyyat sistemi çoxlu sayda konfidensial məlumatı kənar serverlərə ötü..

Edinburq Universitetinin və Dublin Triniti Kollecinin tədqiqatçıları Android cihazların çoxlu sayda ..

×