Facebook-un 16.000 əməkdaşı istifadəçilərin konfidensial məlumatlarından sui-istifadə edib

Facebook-un 16.000 əməkdaşı istifadəçilərin konfidensial məlumatlarından sui-istifadə edib

Kibertəhlükəsizlik
19.07.2021 PAYLAŞIM

    2014-2015-ci illərdə Facebook-un 16.000 əməkdaşı istifadəçilərin özəl məlumatlarını əldə edə biliblərmiş. Onlardan 52 nəfəri işdən azad edilib. Belə ki, həmin işçilər istifadəçilərin məlumatlarından öz maraqlarında istifadə ediblər. Bu barədə məlumat “An Ugly Truth: Inside Facebook’s Battle for Domination” adlı kitabda əks olunub. Sözügedən kitab New York Times nəşriyyatının jurnalistləri olan Sheera Frenkel Cecilia Kang tərəfindən yazılıb. Onlar bu kitabdakı məlumatları Facebook daxilindəki mənbələrinə istinadən təqdim ediblər. Məsələn, kitabda Facebook-un mühəndislərindən biri haqqında maraqlı məlumat qeyd edilib. Belə ki, həmin mühəndis istifadəçi məlumatlarından istifadə edərək öz sevgilisini Avropada istirahət zamanı tapıb.

    Digər Facebook işçisi isə bir qadınla görüşüb və həmin qadın görüşdən sonra onun mesajlarına cavab verməyib. Nəticədə həmin şəxs özəl məlumatlardan istifadə edərək qadının messencerdəki illərlə olan mesajlarını oxuya, silinmiş və gizli olan foto və yazılara baxa bilib. Qadının öz smartfonuna quraşdırmış olduğu Facebook tətbiqi vasitəsilə isə Facebook işçisi qadının yerləşdiyi yeri təyin edə bilib. Facebook öz işçilərinə istifadəçilərin özəl məlumatlarına keçid etmələri imkanını ona görə verib ki, o, mühəndislərin işlərini yavaşladan bürokratiyadan azad olmaq istəyib. Kiabın müəllifləri qeyd ediblər ki, istifadəçilərin özəl məlumatlarını əldə etmiş əməkdaşların çoxu kişi idi və onlar öz maraqlarına daxil olan qadınların hesablarını izləyirdilər.


    Müəlliflərin sözlərinə əsasən Mark Zuckerberg 2015-ci ildə bu problemdən xəbər tutmuşdu. Belə ki, şirkətin təhlükəsizliyi üzrə baş mütəxəssisi Alex Stamos öz hesabatında bu problemləri qeyd etmişdi və bildirmişdi ki, mühəndislər hər ay istifadəçi hesablarının konfidensial məlumatlarından sui-istifadə edirlər. Stamos öz növbəsində həmin məlumatları əldə edə bilən əməkdaşların sayını 5000-ə, şifrələr kimi daha konfidensial məlumatları əldə edə bilən əməkdaşların sayını isə 100-ə endirməyi təklif etmişdi. O həmçinin istifadəçilərin konfidensial məlumatlarını əldə etmək üçün rəsmi sorğu sisteminin işə salınmasını da təklif etmişdi. Lakin Facebook rəhbərliyi bu təklifi rədd etmişdi. Stamos 1 il ərzində bu problemin digər həll yolunu tapmalı idi. Facebook öz növbəsində qeyd edib ki, istifadəçilərin konfidensial məlumatlarından sui-istifadə etmiş əməkdaşlar işdən azad ediliblər. 

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


İnternetdə saxta Windows 11 quraşdırılma faylı aşkar edilib

Yeni Windows-u əldə etmək niyyəti ilə istifadəçilər çox zaman piratçılara və kənar resurslara yönəli..


Pirat tətbiqlərin istifadəçilərinə hücum edən yeni virus aşkar edilib

Bitdefender şirkəti internetdə MosaicLoader adlı yeni virusun ortaya çıxdığını bildirib.


Azercell Telekom MMC-dən xəbərdarlıq!

Azercell Telekom” MMC abunəçilərini  “Whatsapp” tətbiqi, SMS və digər kanallar üzərindən göndərilən ..


Hackerlər Whatsapp zəngləri vasitəsilə gizli şəkildə smartfonlara Pegasus casus ..

Smartfon istifadəçiləri yeni təhlükə ilə qarşılaşıblar. Məlum olub ki, hackerlər Whatsapp zəngləri v..


İstifadəçilər saxta kriptovalyuta tətbiqləri sayəsində külli miqdarda pul itirib..

Lookout Threat Lab şirkətinin kibertəhlükəsizlik üzrə mütəxəssisləri kriptovalyuta mayninqi ilə bağl..


Google şirkəti istifadəçilərin xəbərləri olmadan onların danışıqlarını dinlədiyi..

India Today nəşriyyatının verdiyi məlumata əsasən Google təmsilçiləri şirkət əməkdaşlarının istifadə..

×