main-post-cover

    Google Chrome-a zərərli yüklənmələrin qarşısını alacaq yeni funksiya əlavə ediləcək

    Təhlükəsizlik
    17.09.2020
    Emil Nəcəfov
        İstifadəçilərin zərərli proqram təminatlarından qorumaq üçün Google şirkəti hələ 2019-cu ildə Chrome brauzerinə Advanced Protection Program sistemini inteqrasiya etmişdi. 1 il sonra şirkət sözügedən brauzer üçün yeni funksiya anons edib və bu funksiya brauzerin təhlükəsizlik səviyyəsini daha da yüksəltmək üçün nəzərdə tutulub. Bu barədə 9to5google saytı xəbər verib. Sözügedən funksiyanın istifadəyə verilməsindən sonra istifadəçi şübhəli bildiyi hansısa faylı yükləməmişdən öncə onu Google şirkətinin bulud servisinə göndərə biləcək.
        Həmin bulud servisdə isə fayl Safe Browsing tətbiqi vasitəsilə skan olunacaq. Hansısa təhlükəli zərərli proqram təminatı aşkar olunduğu halda faylın yüklənməsi ləğv ediləcək. Şirkətin verdiyi məlumata əsasən faylın bulud servis vasitəsilə skan olunması o qədər də çox zaman almayacaq. Lakin istəyə uyğun olaraq istifadəçilər həmin yoxlanışı etməyə də bilərlər. Bu yeni təhlükəsizlik funksiyasının nə zaman istifadəyə veriləcəyini şirkət daha sonra açıqlayacaq.
    Linki kopyala