Google Chrome brauzeri yeni təhlükəsizlik funksiyaları əldə edib

Google Chrome brauzeri yeni təhlükəsizlik funksiyaları əldə edib

Kibertəhlükəsizlik
04.06.2021 PAYLAŞIM

    Google Chrome brauzerinin yeni versiyası potensial təhlükə mənbəyinə sahib fayllardan və hətta genişlənmələrdən (extensions) yeni qorunma özəllikləri əldə edib. Enhanced Browsing Protection proqramı çərçivəsində brauzer kompüterdə hər hansı bir faylı yükləməmişdən öncə onun şübhəli olub-olmadığını yoxlayacaq. Google Chrome 91-də reallaşdırılmış ilk yenilik Google şirkətinin genişləndirmələr ilə bağlı siyasətində olmuş dəyişikliklər ilə bağlıdır.

    Belə ki, bundan sonra istfadəçi Chrome brauzerinə genişləndirməni quraşdırmaq istəyən zaman ortaya çıxacaq pəncərədə həmin genişləndirmənin Google-un etibarlı genişləndirmələr siyahısına daxil olub-olmadığı barəsində məlumat veriləcək. Sözügedən siyahıya daxil olmaq üçün isə genişləndirmələr şirkətin təhlükəsizlik tələblərinə uyğun olmalıdırlar və bir neçə ay ərzində həmin genişləndirmələr barəsində şikayətlər olmamalıdır.


    Google bildirib ki, hal hazırda Chrome üçün olan bütün genişləndirmələrin 75%-i bu kriteriyalara uyur. Bundan əlavə olaraq Enhanced Safe Browsing proqram çərçivəsində brauzer metaməlumatlardan istifadə edərək yüklənən faylların yoxlanışını aparacaq. Şübhəli hallarda brauzer istifadəçiyə daha dərin yoxlanış prosesini təklif edəcək. Bunun üçün sadəcə olaraq Send düyməsinə klikləmək lazım gələcək.

    Nəticədə yüklənən fayl bulud servisdə skan olunacaq. Əgər həmin fayl zərərli hesab edilsə, brauzer onun yüklənməsinin bloklanmasını təklif edəcək. Lakin istifadəçi hər bir riski gözə alaraq fərdi şəkildə yüklənməni davam etdirmə imkanına sahib olacaq. Bu yeni funksiyalardan istifadə ermək üçün brauzerin ayarlarında 'Konfidensiallıq və təhlükəsizlik' bölməsinə daxil olub onları aktivləşdirmək lazımdır.

Chrome 91

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Hackerlər saxta birja vasitəsilə istifadəçilərin bitcoinlərini oğurlayırlar..

Hackerlər kriptovalyuta sahiblərinin aldadılması yolunda yeni üsullar fikirləşməkdə davam edirlər...


Whatsapp istifadəçilərinin şəxsi mesajları kənar şirkət tərəfindən oxunulur..

ProPublica adlı qeyri kommersiya təşkilatının apardığı irimiqyaslı araşdırma nəticəsində Whatsapp-ın..


Kimliyi bilinməyən hacker videokartlar üçün 'görünməyən' virus yaradıb

Keçən ayın sonunda kimliyi bilinməyən hacker kompüterlərin hack olunması üçün nəzərdə tutulmuş yeni ..


Microsoft Azure bulud servisindəki ciddi sistem boşluğundan xəbər verib

Microsoft şirkəti bildirib ki, Azure bulud servisində olmuş sistem boşluğu səbəbilə son 2 il ərzində..


İstifadəçilərin pullarını oğurlayan Joker troyanına sahib yeni Android tətbiqlər..

Google Play-də silinmiş saxta tətbiqlərə baxmayaraq mütəxəssislər bu platforma vasitəsilə yayılmış ə..


Özünü Apple əməkdaşı kimi təqdim etmiş hacker iCloud hesablardan 620.000 foto və..

Los Ancelesin La Puent şəhərində yaşayan Hao Kuo Chi adlı 40 yaşlı şəxs minlərlə iCloud hesabını hac..

×