Google istifadəçilərin Facebook məlumatlarını oğurlayan 25 tətbiqi Play Store-dan sildi (Siyahı)

Google istifadəçilərin Facebook məlumatlarını oğurlayan 25 tətbiqi Play Store-dan sildi (Siyahı)

Kibertəhlükəsizlik
05.07.2020 PAYLAŞIM

        Google şirkəti hər ay Play Store tətbiq mağazasından bir çox zərərli tətbiqi silir. Bu səfər isə 25 zərərli tətbiq Google tərəfindən silindi. Bu tətbiqlər verilən məlumatlara görə istifadəçilərin Facebook məlumatlarını oğurlayırlar. Şirkət keçən aylarda smartfonların texniki detallarını (ram, çipset və s.) lazım olandan daha çox istifadə edən 50-ə yaxın tətbiqi Play Store-dan silmişdi.

Yeni silinən 25 tətbiqdə aşkarlanan zərərli kodlar hesabına hackerlər istifadəçilərin Facebook məlumatlarını oğurlaya bilirlər.

        Fransa şirkəti olan Evina tərəfindən aşkarlanan bu tətbiqlər təcili şəkildə Google rəsmilərinə bildirilib. Şirkət tərəfindən verilən məlumata görə zərərli kodların olduğu bu tətbiqlər 1 dəfə belə yükləndiyi halda avtomatik məlumatları oğurlamağa başlayırmış. Daha sonra isə Facebook hesablarına giriş etmək istəyən istifadəçilərin login şifrələri oğurlanaraq hackerlərə göndərilir. Google rəsmilərinin təsdiqindən sonra bu tətbiqlər Play Store mağazasından tamamilə silindi. Siyahı aşağıdakı kimidir:


  • Super Wallpapers Flaslight
  • Padenatef
  • Wallpaper Level
  • Contour Level Wallpaper
  • iPlayer & iWallpaper
  • Video Maker
  • Color Wallpapers
  • Pedometer
  • Powerful Flaslight
  • Super Bright Flaslight
  • Solitare Game
  • Accurate Scanning of QR Code
  • Classic Card Game
  • Junk File Cleaning
  • Synthetic Z
  • File Manager
  • Composite Z
  • Screenshot Capture
  • Daily Horoscope Wallpapers
  • Wuxia Reader
  • Plus Weathe
  • Anime Live Wallpaper
  • Health Step Counter
Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.
2 Şərh
Rahib Rzayev

Kim bilir nəqədəri hələdə qalıb

Nijat Hamid

Həə təəssüf ki, Google təhlükəsizliyi tam təmin edə bilmir. Aşkarlanmayan nə qədər zərərli tətbiq var...

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Twitter 250 milyon dollar dəyərində cərimələnə bilər: Səbəb nədir?

ABŞ-ın federal ticarət komissiyası (FTC) Twitter şirkətinə qarşı istintaq aparır.


Twitter-ə edilmiş kiberhücumun təfərrüatları məlum olub

Twitter, Elon Musk, Jeff Bezos, Bill Gates və digər məşhur şəxslərin istifadəçi hesablarının hack ed..


Bloomberg: Twitter əməkdaşları illər ərzində məşhur şəxslərin məlumatlarını yığı..

Twitter-in təhlükəsizlik xidmətinin keçmiş əməkdaşları bildiriblər ki, Twitter işçilərinin bəziləri ..


İstənilən iPhone və iPad modelinin hack olunma üsulu tapılıb

Çinli hackerlər Apple şirkətinin smartfon və planşetlərində olan təhlükəsizlik sistemindən yan keçmə..


Bütün dünya üzrə milyonlarla router hackerlərin hədəflərinə çevriliblər..

Koronavirus pandemiyası bütün dünyada milyonlarla insanın evdən çalışmaq rejiminə keçməsinə səbəb ol..


Apple şirkətinin həmtəsisçisi Steve Wozniak, Youtube videoservisini məhkəməyə ve..

1976-cı ildə Steve Jobs ilə birlikdə Apple şirkətini yaratmış Steve Wozniak, Youtube videoservisini ..

×