Google Play-də kriptovalyuta mayninqi üzrə saxta tətbiqlər aşkar edilib

Google Play-də kriptovalyuta mayninqi üzrə saxta tətbiqlər aşkar edilib

Kibertəhlükəsizlik
19.08.2021 PAYLAŞIM

    Google şirkəti özünün Google Play platformasından 8 saxta tətbiqi silib. Silinmiş tətbiqlər kriptovalyuta mayninqi üçün nəzərdə tutulmuş proqram təminatları kimi maskalanırdılar və əslində istifadəçiləri ödənişli servislərə abunə edir və digər zərərli əməliyyatları yerinə yetirirdirlər. Həmin saxta tətbiqlərin Google Play-dən silinmələrinə baxmayaraq Trend Micro şirkətinin mütəxəssisləri Google Play-də olan maraqlı bir halı aşkar ediblər. Belə ki, onlar aşkar ediblər ki, Google Play-də “cloud mining” axtarışı aparan zaman çox şübhəli tətbiqlər ortaya çıxır.

    Saxta tətbiqlərin yaradıcıları öz qurbanları kimi kriptovalyuta mayninqi ilə maraqlanan istifadəçi kütləsini seçiblər. Bu cür istifadəçilərə cloud mining-ə pul yatırmaq təklif edilib. Google Play-dən artıq silinmiş 8 tətbiqin hər biri özündə bir və ya iki zərərli kodu birləşdirib. Həmin zərərli kodlar FakeMinerPay FakeMinerAd adlarını əldə ediblər. Sözügedən tətbiqlər istifadəçiləri reklam elanlarına baxmağa və əlavə abunəlik üçün ödəniş etməyə məcbur ediblər. Ödəniş isə aylıq 15$ təşkil edib. Əldə edilmiş vəsaitlərin müqabilində istifadəçilərə daha geniş mayninq imkanlarının təqdim olunacağı bildirilib. Lakin nəticədə istifadəçilər heçnə əldə etməyiblər. Mütəxəssislər Google Play-dən silinmiş bu saxta tətbiqlərin adlarını qeyd ediblər:


- BitFunds

- Bitcoin Miner

- Bitcoin (BTC)

- Crypto Holic

- Daily Bitcoin Rewards

- Bitcoin 2021

- MineBit Pro

- Ethereum (ETH).

    Maraqlısı ondadır ki, adları sadalanmış bu tətbiqlərdən bəzilərinin diqqət çəkən yüklənmə sayı olub. Məsələn BitFunds tətbiqi 100.000 dəfə yüklənib. Bununla yanaşı bəzi tətbiqlərin quraşdırılması üçün əlavə vəsait ödənişi də tələb olunub. Məsələn Daily Bitcoin Rewards-un quraşdırılması üçün hər bir istifadəçidən 5.99$ tələb olunub.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Dələduzlar saxta Apple təqdimatı vasitəsilə 69000$ qazanıblar

Hər yeni iPhone təqdimatı İT sahəsində böyük hadisə hesab edilir. Hətta dələduzlar da bu cür hadisəd..


iOS tətbiqlər iPhone-nun təhlükəsizlik sistemindən yan keçərək istifadəçilər üzə..

Apple istifadəçilər üzərində casusluqla mübarizə məsələsində artıq dəfələrlə iOS-in konfidensiallıq ..


Edward Snowden istifadəçiləri məşhur ExpressVPN servisindən istifadə etməməyə ça..

ABŞ-ın Milli Təhlükəsizlik Agentliyinin keçmiş əməkdaşı Edward Snowden məşhur ExpressVPN servisinin ..


Hackerlər saxta birja vasitəsilə istifadəçilərin bitcoinlərini oğurlayırlar..

Hackerlər kriptovalyuta sahiblərinin aldadılması yolunda yeni üsullar fikirləşməkdə davam edirlər...


Whatsapp istifadəçilərinin şəxsi mesajları kənar şirkət tərəfindən oxunulur..

ProPublica adlı qeyri kommersiya təşkilatının apardığı irimiqyaslı araşdırma nəticəsində Whatsapp-ın..


Kimliyi bilinməyən hacker videokartlar üçün 'görünməyən' virus yaradıb

Keçən ayın sonunda kimliyi bilinməyən hacker kompüterlərin hack olunması üçün nəzərdə tutulmuş yeni ..

×