main-post-cover

    Google Play servisləri istifadəçiləri izləməyi dayandıracaqlar

    Təhlükəsizlik
    04.06.2021
    Emil Nəcəfov
        Google şirkəti kontekst reklam elanlarının göstərilməsi üçün istifadə olunan istifadəçi identifikatorlarının çalışmaları siyasətini yenidən gözdən keçirtməyi qərara alıb. Beləliklə yaxın zamanda Android cihazlarının istifadəçiləri personallaşdırılmış reklam elanlarlarından əlavə olaraq Google Play servislərinin çalışmalarında istifadə olunan analitika üçün istifadəçi məlumatlarının yığılmasından da imtina edə biləcəklər. Google şirkəti standart olaraq hər bir cihaz üçün unikal identifikator generasiya edir və həmin identifikator istifadəçi hesabına qoşulur. Bu isə öz növbəsində Google şirkətinə kontekst reklam elanlarının göstərilməsində yardımçı olur.
        Bundan əlavə olaraq generasiya edilmiş identifikator servislərin çalışması üçün aparılan analitikada və bəzi hallarda istifadəçi hesabları ilə baş verən dələduzluq sistemlərinin qarşısının alınmasında istifadə olunur. Beləliklə Google şirkəti elan edib ki, əgər istifadəçi personallaşdırılmış reklam elanlarının göstərilməsindən imtina etsə, o, istifadəçi hesabına qoşulu olan identifikatoru izləməyəcək. Personallaşdırılmış reklam elanlarının göstərilməsi imkanını indi də deaktiv etmək mümkündür. Bunun üçün smartfonun ayarlarında Google bölməsinə daxil olmaq lazımdır. Google bölməsinə daxil olandan sonra Ads hissəsinə daxil olub personallaşdırılmış reklam elanlarının göstərilməsini deaktiv etmək lazımdır
        Lakin qeyd etmək lazımdır ki, bu proses identifikatorun  özünün silinməsinə gətirib çıxartmır. Buna baxmayaraq yaxın gələcəkdə istifadəçilər artıq bu cür identifikatorların istifadəsindən tamamilə imtina edə biləcəklər. Google şirkətinin bu yeni siyasəti Android 12 üçün bu ilin sonundan başlayaraq tədricən inteqrasiya ediləcək. 2022-ci ilin əvvəlindən başlayaraq isə o, Google Play dəstəyinə sahib cihazlarda çalışan tətbiqlərə də şamil olunacaq. Yeni qaydalar qüvvəyə minəndən sonra reklam identifikatorlarının nömrələri sıfırlardan ibarət sətr ilə əvəz olunacaqlar. Google Play servisləri isə bu barədə məlumatı digər tətbiqlərə ötürəcəklər.
    Linki kopyala