Google şirkəti istifadəçi hesabının hack edilməsi barədə daha operativ xəbər verəcək

Google şirkəti istifadəçi hesabının hack edilməsi barədə daha operativ xəbər verəcək

Kibertəhlükəsizlik
12.10.2020 PAYLAŞIM

    Google şirkəti istifadəçilərin konfidensial məlumatlarını daha yaxşı qoruya biləcək yeni funksiyanı təqdim edib. Bundan sonra istifadəçilər Google servislərindən birinə inteqrasiya edilmiş yeni funksiya sayəsində öz istifadəçi hesablarının hack olunması təhlükəsi barəsində daha operativ xəbər tuta biləcəklər. Bu barədə Gizmochina saytı xəbər verib. Əgər əvvəllər istifadəçilər öz istifadəçi hesablarının hack olunması barəsində xəbərdarlığı elektron poçt vasitəsilə əldə edirdilərsə, bundan sonra həmin xəbərdarlıq birbaşa Google tətbiqində bildiriş formatında istifadəçiyə təqdim ediləcək.

Google


    İstifadəçi isə öz növbəsində Google tətbiqində öz istifadəçi hesabına keçidi bloklaya və ya hackerin IP-ni qara siyahıya sala bilər. Bu üsul ilə Google şirkəti xəbərdarlıq prosesinin elektron poçt ünvanına göndərməkdən imtina edərək prosesi daha operativ reallaşdırıb. Başqa sözlə desək, şirkət push bildiriş formatına keçid edib. Şirkət mütəxəssisləri qeyd ediblər ki, bu cür bildirişlər qorunurlar və onlar hackerlər tərəfindən nə saxtalaşdırıla nə də əldə edilə bilər. Bu yeni funksiya yaxın müddətdə bir sıra Android istifadəçiləri üçün aktivləşdiriləcək. Gələn ildən başlayaraq isə bu funksiyadan bütün Android istifadəçiləri istifadə edə biləcəklər.


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


2020-ci ilin ən etibarsız şifrələrinin reytinqi təqdim olunub

İnsanlar demək olar bütün şəxsi məlumatlarını internetdə saxlayırlar. Lakin həmin insanların çox az ..


Ən çox istifadəçi məlumatlarını yığan tətbiqlərin reytinqi tərtib olunub..

Artıq heç kim üçün sirr deyil ki, böyük şirkətlər öz istifadəçilərinin bir çox məlumatlarını yığırla..


Yeni dələduzluq üsulu: Hackerlər istifadəçiləri aldatmaq üçün saxta Facebook lin..

Həmin linklər istifadəçiləri, istifadə etdikləri kompüterlərin zərərli proqram təminatı ilə yoluxduq..


Chrome brauzerinin mobil versiyasına əlavə təhlükəsizlik funksiyaları əlavə edil..

Müxtəlif saytlarda avtorizasiya prosesinin sadələşdirilməsi üçün nəzərdə tutulmuş şifrələrin avtomat..


VPN istifadə etməyin müsbət və mənfi tərəfləri nələrdir?

Sosial media və internetə məhdudiyyət gətirilən bu günlərdə VPN-lərin önəmi nə dərəcə vacibdir?..


Microsoft bu il hackerlərin artmış aktivliklərindən danışıb

Microsoft şirkəti hər il təqdim etdiyi Digital Defense Report hesabatını bu il də təqdim edib. Sözüg..

×