Google şirkəti istifadəçilərin xəbərləri olmadan onların danışıqlarını dinlədiyini etiraf edib

Google şirkəti istifadəçilərin xəbərləri olmadan onların danışıqlarını dinlədiyini etiraf edib

Kibertəhlükəsizlik
02.07.2021 PAYLAŞIM

    India Today nəşriyyatının verdiyi məlumata əsasən Google təmsilçiləri şirkət əməkdaşlarının istifadəçilər ilə Google Assistant səsli köməkçisi arasında olan danışıqları dinlədiklərini Hindistan hökumətinə etiraf ediblər. Bundan əlavə olaraq son zamanlarda Google Assistant kortəbii olaraq danışıqların yazılması funksiyasını aktivləşdirir. Məlumata əsasən Google şirkəti Hindistanın İnformasiya Texnologiyaları üzrə Parlament Komitəsinə bildirib ki, “Okay, Google” əmrindən sonra şirkət əməkdaşları istifadəçilər ilə səsli köməkçi arasında olan bəzi danışıqları dinləyirlər.

    Faktiki olaraq bu, yeni bir xəbər deyil. Belə ki, 2019-cu ildə şirkət etiraf etmişdi ki, o, danışıqların 0.2%-ni dinləyir. Lakin həmin vaxtda şirkət bildirmişdi ki, o bunu servisin təkmilləşdirilməsi üçün edir və şirkət əməkdaşları danışıqların konfidensial məlumatları özündə əks etdirməyən az hissəsini dinləyirlər. Buna baxmayraq hansı məlumatın konfidensiallıq xarakteri daşıdığını təyin etməyi bacarın üsul barsində məlumat verilmir.


    Google daha bir maraqlı faktı da etiraf edib. Smartfonda və smart səsgücləndiricilərdə səsli köməkçi hətta istifadəçinin “Okay, Google” əmri olmadan da ətraf səsləri yaza bilir. Şirkət bildirib ki, bu, səsli köməkçinin əmrə bənzəyən hər hansısa bir sözü eşitdiyi zaman baş verir. Belə bir hal yaşandığı zaman istifadəçiyə “Hey Google, that wasn’t for you” cümləsini istifadə etmək məsləhət görülür. Bu halda səsli köməkçi son yazılmış danışığı siləcək.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


İnternetdə saxta Windows 11 quraşdırılma faylı aşkar edilib

Yeni Windows-u əldə etmək niyyəti ilə istifadəçilər çox zaman piratçılara və kənar resurslara yönəli..


Pirat tətbiqlərin istifadəçilərinə hücum edən yeni virus aşkar edilib

Bitdefender şirkəti internetdə MosaicLoader adlı yeni virusun ortaya çıxdığını bildirib.


Azercell Telekom MMC-dən xəbərdarlıq!

Azercell Telekom” MMC abunəçilərini  “Whatsapp” tətbiqi, SMS və digər kanallar üzərindən göndərilən ..


Hackerlər Whatsapp zəngləri vasitəsilə gizli şəkildə smartfonlara Pegasus casus ..

Smartfon istifadəçiləri yeni təhlükə ilə qarşılaşıblar. Məlum olub ki, hackerlər Whatsapp zəngləri v..


Facebook-un 16.000 əməkdaşı istifadəçilərin konfidensial məlumatlarından sui-ist..

2014-2015-ci illərdə Facebook-un 16.000 əməkdaşı istifadəçilərin özəl məlumatlarını əldə edə biliblə..


İstifadəçilər saxta kriptovalyuta tətbiqləri sayəsində külli miqdarda pul itirib..

Lookout Threat Lab şirkətinin kibertəhlükəsizlik üzrə mütəxəssisləri kriptovalyuta mayninqi ilə bağl..

×