main-post-cover

    Google tarixin ən güclü DDoS hücumunun qarşısını alıb

    Təhlükəsizlik
    11.10.2023
    Emil Nəcəfov
         Google şirkəti tarixdə baş vermiş ən güclü DDoS hücumun qarşısını aldığı barəsində məlumat verib. Məlumatda qeyd edilib ki, sözügedən DDoS hücum avqust ayında baş verib. Baş vermiş DDoS hücum çərçivəsində 1 saniyə ərzində 398 milyon sorğu göndərilib. Bu isə keçən il qeydə alınmış DDoS hücum rekordundan 7.5 dəfə daha güclü DDoS hücum olub. Belə ki, keçən ilki ən güclü DDoS hücum çərçivəsində 1 saniyə ərzində göndərilmiş sorğuların sayı 46 milyon təşkil etmişdi.
         Müqayisə üçün qeyd etmək lazımdır ki, 2 dəqiqəlik kiberhücum zamanı bu ilin bütün sentyabr ayı üzrə Wikipedia-da oxunmuş məqalələrin sayından daha çox sorğu generasiya edilib. Kiberhücumun son dalğası avqust ayının sonunda start götürüb və indiyənə kimi davam edir. Reallaşdırılan kiberhücum Google servisləri, Google Cloud şəbəkəsi və Google tətbiqləri kimi böyük infrastruktur resurslarına hədəflənib. Google öz növbəsində yüklənmənin bərabər şəkildə paylanmasının qlobal infrastrukturu sayəsində öz servislərinin iş proseslərini stabil saxlaya bilib.
     
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Süni zəka qlobal miqyasda bir ölkə qədər elektrik enerjisi sərf edir
    suni-zeka-qlobal-miqyasda-bir-olke-qeder-elektrik-enerjisi-serf-edir
    Qatlana bilən Honor Magic Vs 2 smartfonu Geekbench testlərindən keçib
    qatlana-bilen-honor-magic-vs-2-smartfonu-geekbench-testlerinden-kecib
    Gələn il təqdim olunacaq Apple Watch 10-da ciddi dəyişikliklər olmayacaq
    gelen-il-teqdim-olunacaq-apple-watch-10-da-ciddi-deyisiklikler-olmayacaq
    Redmi K70 olduqca sürətli şarj texnologiyası dəstəyini əldə edəcək
    redmi-k70-olduqca-suretli-sarj-texnologiyasi-desteyini-elde-edecek
    AnTuTu qlobal bazarda ən güclü Android smartfonların reytinqini təqdim edib
    antutu-qlobal-bazarda-en-guclu-android-smartfonlarin-reytinqini-teqdim-edib