Hacker böyük şirkətlərin yüksək vəzifəli şəxslərinin istifadəçi hesablarını satışa çıxardıb

Hacker böyük şirkətlərin yüksək vəzifəli şəxslərinin istifadəçi hesablarını satışa çıxardıb

Kibertəhlükəsizlik
30.11.2020 PAYLAŞIM

    Kompüter dələduzluğundan təkcə adi istifadəçilər əziyyət çəkmirlər. Hackerlər istifadəçilərin bank hesablarından vəsaitlərin oğurlanmasından əlavə olaraq istifadəçi hesablarının satılması vasitəsilə də pul qazanırlar. Bura həmçinin böyük təşkilatların yüksək vəzifəli şəxslərinin istifadəçi hesabları da daxildirlər. Bu barədə 4pda saytı xəbər verib. Ortaya çıxmış xəbərə əsasən kimliyi bilinməyən hacker yüksək səviyyəli rəhbərlərə aid olan Office 365 Microsoft istifadəçi hesablarının elektron poçt ilə şifrələrinin kombinasiyalarını satışa çıxardıblar.


    Yüzlərlə vəzifəli əməkdaşın istifadəçi məlumatları barəsində xəbər hacker forumlarından birində aşkar edilib. İstifadəçinin çalışdığı şirkətdən və sahib olduğu vəzifədən asılı olaraq istifadəçinin elektron poçt məlumatının qiyməti 100$-1500$ təşkil edir. Hackerin verdiyi məlumata əsasən hack edilmiş istifadəçi hesablarının sahibləri arasında yüksək vəzifəli rəhbərlər, ABŞ-dan Böyük Britaniyadan və digər ölkələrdən olan şirkətlərin mühasibləri var.

    Zdnet saytının kibertəhlükəsizlik üzrə mütəxəssisləri bu cür məlumatların test versiyalarını əldə edərək təsdiqləyiblər ki, bu məlumatlar heç də fake məlumatlar deyillər. Son zamanlar korporativ resurslara hədəflənmiş BEC dələduzluq üsulu (Business E-mail Compromises) çox yayılıb. Özəl məlumatların təhlükəsizliyini lazımi şəkildə təmin etmək üçün isə ikifaktorlu autentifikasiya üsulundan istifadə etmək məsləhət görülür.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Samsung-un flaqman smartfonlarının təhlükəsizlik sistemlərində çox ciddi boşluq ..

Müasir smartfonlar təkmilləşdirilmiş biometrik autentifikasiya sistemləri ilə təchiz olunurlar. Bu s..


4 məşhur brauzerdə ciddi sistem boşluğu aşkar edilib

Microsoft şirkətinin mütəxəssisləri IT təhlükəsizlik mövzusuna aid yeni hesabatlarında internetdə ya..


Cənubi Koreya hökuməti Facebook şirkətini 6 milyon dollar dəyərində cərimələyib:..

Aparılmış istintaq çərçivəsində Facebook şirkəti lazımi sənədləri təqdim etmədiyinə görə verilmiş zə..


2020-ci ilin ən etibarsız şifrələrinin reytinqi təqdim olunub

İnsanlar demək olar bütün şəxsi məlumatlarını internetdə saxlayırlar. Lakin həmin insanların çox az ..


Ən çox istifadəçi məlumatlarını yığan tətbiqlərin reytinqi tərtib olunub..

Artıq heç kim üçün sirr deyil ki, böyük şirkətlər öz istifadəçilərinin bir çox məlumatlarını yığırla..


Yeni dələduzluq üsulu: Hackerlər istifadəçiləri aldatmaq üçün saxta Facebook lin..

Həmin linklər istifadəçiləri, istifadə etdikləri kompüterlərin zərərli proqram təminatı ilə yoluxduq..

×