Hackerlər Apple-a aid sənədlərə görə şirkətdən 50 milyon dollar tələb edirlər

Hackerlər Apple-a aid sənədlərə görə şirkətdən 50 milyon dollar tələb edirlər

Kibertəhlükəsizlik
21.04.2021 PAYLAŞIM

    Apple şirkətinin dünənki təqdimat tədbiri zamanı rus hackerlərdən ibarət REvil adlı qruplaşma şirkətin əsas tərəfdaş istehsalçılarından brinin serverlərinə kiberhücum reallaşdırıb. Söhbət, Tayvanın Quanta Computer şirkətindən gedir. Qeyd etmək lazımdır ki, bu şirkət Apple, Dell, HP Google kimi nəhənglər üçün kompüter istehsalı ilə məşğul olur. Hackerlərin verdikləri məlumata əsasən onlar Quanta Computer-in serverlərinə daxil olub ordan hələ təqdim olunmamış yeni MacBook modelinin çertyojlarını oğurlayıblar. Həmin çertyojlarda isə təqdim olunmamış MacBook modelinin texniki özəllikləri barəsində məlumatlar əks olunublar. Məlumata əsasən cihaz barəsində sənədlər keçən ay yaradılıb.

    Yəni dəqiq şəkildə demək olar ki, söhbət yeni noutbuk modelindən gedir. Apple şirkətinin dünənki təqdimat tədbirinin bitməsinə yaxın hackerlər 15 sxem fotosu paylaşmışdılar. İndi isə onlar Apple-dan 50 milyon dollar tələb edirlər. Əgər şirkət 1 may tarixinə kimi bu vəsaiti ödəməsə, REvil qruplaşması yeni noutbukun çertyoj fotolarını təqdim etməyə davam edəcək. Hackerlər həmçinin qeyd ediblər ki, onlar xüsusi olaraq dünənki təqdimatı gözləyiblər. Belə ki, onlar tədbirdə yeni MacBook modelinin təqdim olunub-olunmayacağına əmin olmaq istəyiblər. Quanta Computer şirkəti baş vermiş kiberhücum hadisəsini rəsmi şəkildə təsdiqləyib və qeyd edib ki, hal hazırda bu məsələ üzrə hüquq-mühafizə orqanları ilə çalışır. Apple isə bu məsələyə hələ heç bir fikir bildirməyib.


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Qualcomm-un mobil prosessorlarının modemlərində ciddi sistem boşluğu aşkar edili..

Counterpoint Research şirkətinin mütəxəssisləri Qualcomm prosessorlarının modemlərində ciddi boşluq ..


Kompüterin hackerlərdən qorunması üçün Chrome brauzerinə yeni təhlükəsizlik funk..

Google şirkəti Chrome brauzerində istifadəçi məlumatlarının təhlükəsizliklərini hardware enforced st..


Google Play-də ümumi 700.000 yüklənmə sayına sahib yeni zərərli tətbiqlər aşkar ..

Kibertəhlükəsizlik üzrə mütəxəssislər Android üçün nəzərdə tutulmuş Google Play Store platformasında..


Hackerlər oğurlanmış Apple sənədlərinə görə şirkətdən pul tələb etməkdən imtina ..

Bir neçə müddət bundan öncə hackerlərdən ibarət qruplaşma Apple şirkəti ilə əməkdaşlıq edən Quanta C..


Hackerlər Apple AirDrop-da olan sistem boşluğu sayəsində özəl məlumatları əldə e..

Hackerlər AirDrop-a qoşularaq istifadəçinin telefon nömrəsini və elektron poçt ünvanını əldə edə bil..

×