Hackerlər bütün dünya üzrə 150.000 ədəd müşahidə kamerasını hack ediblər

Hackerlər bütün dünya üzrə 150.000 ədəd müşahidə kamerasını hack ediblər

Kibertəhlükəsizlik
11.03.2021 PAYLAŞIM

    Hackerlərdən ibarət beynəlxalq qruplaşma Verkada adlı şirkətin 150.000 ədəd müşahidə kamerasını hack edib. Şirkətin kameraları TeslaCloudflare şirkətlərinin ofislərində, polis bölmələrində, həbsxanalarda, məktəblərdə və o cümlədən xəstəxanalarda quraşdırılıb. Bu barədə Bloomberg saytı xəbər verib. Məlumatda qeyd edilib ki, hack edilmiş kameralardan bəziləri üz tanıma texnologiyasına sahibdirlər. Kiberhücumda bilavasitə iştirak etmiş mənbənin sözlərinə əsasən bu kiberhücumun əsas səbəbi gündəlik videomüşahidə prosesinin göstərilməsi və bu cür kameraların rahatlıqla ələ keçirilməsinin sərgilənməsidir.

    Bundan əlavə olaraq məlumata əsasən hackerlər kameraları hack etməklə yanaşı həmçinin Verkada şirkətinin bütün arxivini də ələ keçiriblər. Kiberhücumda iştirak etmiş mənbə bildirib ki, şirkətin sistemlərinə superadministrator statusu vasitəsilə daxil olunub və bunun üçün lazım olan login ilə şifrələr internetdə tapılıb. Verkada şirkəti bildirib ki, o, bütün istifadəçi hesablarını deaktiv edib. Hal hazırda şirkətin təhlükəsizlik xidməti ilə xüsusi dövlət orqanları bu hadisəni araşdırırlar.


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Dələduzlar Meta şirkətinə aid olduğunu iddia edərək saxta META kriptovalyutaları..

Facebook öz şirkət adını Meta-ya dəyişəndən sonra dələduzlar bu cür imkandan istifadə etməyə qərar v..


FBI real zaman ərzində Whatsapp və iMessage-dəki istifadəçi məlumatlarını əldə e..

Əldə edilmiş məlumata əsasən FBI Facebook-un Whatsapp, Apple şirkətinin isə iMessage messencerindən ..


MediaTek prosessorlarında istifadəçiləri dinləməyə imkan vermiş boşluq aşkar edi..

Check Point Research şirkəti MediaTek prosessorlarında aşkar edilmiş boşluq barəsində hesabatı təqdi..


Mütəxəssislər barmaq izi skanından sadə üsul ilə yan keçməyi sərgiləyiblər (VİDE..

Kibertəhlükəsizlik sahəsində fəaliyyət göstərən Kraken Security Labs adlı şirkət müasir cihazların d..


Firefox istifadəçilərinin məlumatları GitHub-da açıq şəkildə ortaya çıxıblar..

Kibertəhlükəsizlik sahəsində fəaliyyət göstərən Aidan Marlin adlı mütəxəssis məşhur GitHub platforma..


Bu il ən çox istifadə edilmiş şifrələrin reytinqi tərtib edilib

NordPass şirkəti 2021-ci ildə ən çox istifadə edilmiş şifrələrin reytinqini təqdim edib.

×