
Hackerlər dünyanın ən güclü radioteleskoplarından birinə kiberhücum ediblər
Təhlükəsizlik
07.11.2022
Emil
Çilidə yerləşən ən güclü və müasir radioteleskoplardan biri olan Atacama Large Millimeter Array (ALMA) kiberhücuma məruz qalıb. Reallaşdırılmış kiberhücum nəticəsində radioteleskopun veb saytı deaktiv olub və onun administrasiyası həmin vaxtda reallaşdırılmış bütün kosmik müşahidələri dayandırmalı olublar. ALMA radioteleskopu And dağlarında dəniz səviyyəsindən 5 km yüksəklikdə yerləşir. Sözügedən radioteleskop kosmosdakı çox soyuq maddələrin işıqlarının müşahidəsi ilə məşğul olur. Bunun sayəsində o, kosmik buludların arasında ilk dəfə ortaya çıxan planet və ulduzların formalaşma proseslərini dokumentasiya edir.
Məhz ALMA radioteleskopu 2019-cu ildə digər qalaktikanın mərkəzində yerləşən qara dəliyin ilk fotosunun əldə edilməsində yardımçı olmuşdu. Reallaşdrılmış kiberhücum nəticəsində hər birinin diametri 12 metr olan 66 ədəd antenə zərər vurulmayıb. Bununla yanaşı radioteleskop tərəfindən yığılmış bütün məlumatlar da salamat olaraq qalıblar. Lakin ALMA-nın müəyyən müddət ərzində sıradan çıxması bütün dünyadan olan minlərlə astronom üçün heç də yaxşı bir hadisə deyil. Mütəxəssislər radioteleskopun stabil iş prosesinə nə zaman qayıdacağı barəsində dəqiq bir məlumat vermirlər. Hackerlərin hansı məqsədlə radioteleskopa kiberhücum reallaşdırdıqları isə bilinmir.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

iPhone 17 Pro-nun ən kefiyyətli fotoları təqdim edilib
