Hackerlər oğurlanmış məlumatların sızdırılmaması üçün Acer-dən külli miqdarda pul tələb edirlər

Hackerlər oğurlanmış məlumatların sızdırılmaması üçün Acer-dən külli miqdarda pul tələb edirlər

Kibertəhlükəsizlik
22.03.2021 PAYLAŞIM

    Tayvanın kompüter texnikası istehsalı ilə məşğul olan Acer şirkəti kiberhücuma məruz qalıb. Hackerlər şirkətdən 50 milyon dollar tələb edirlər. Məlumata əsasən Acer şirkəti REvil adlı hacker qruplaşması ilə qarşılaşıb. Sözügedən qruplaşma hələ keçən il Londonun Travelex adlı valyuta şirkətinə qarşı kiberhücum reallaşdımışdı. Həmin kiberhücumun zərəri isə 6 milyon dollar dəyərində qiymətləndirilmişdi. REvil qruplaşması Acer-in hack edilməsini darknetdə elan edib. Hackerlər buna sübut olaraq bir sıra fotoları təqdim ediblər.

    Nəticədə hackerlər Acer-dən 28 mart tarixinə kimi 50 milyon dolların ödənilməsini tələb edirlər. Əks halda kiberhücum nəticəsində əldə edilmiş məlumatlar internetə sızdırılacaq. Bundan əlavə olaraq hackerlər bildiriblər ki, əgər şirkət ödənişi vaxtından tez etsə onlar 20%-lik endirim edəcəklər. Acer baş vermiş hadisəyə rəy bildirən zaman qeyd edib ki, o, davamlı olaraq bu cür hadisələr ilə qarşılaşır.


    “Acer öz kompüter sistemlərini daimi şəkildə idarə edir və onların əksəriyyəti kiberhücumlardan qorunur. Acer kimi şirkətlər davamlı olaraq kiberhücumlara məruz qalırlar və biz bir neçə müddət bundan öncə bu cür vəziyyətlər barəsində bir sıra ölkələrin hüquq mühafizə orqanlarına və məlumatların qorunması orqanlarına məlumat vermişik” - deyə şirkət bildirib. Hackerlər Acer şirkətinin məlumatlarını əldə etmək üçün Microsoft Exchange-dəki boşluqdan istifadə etmiş ola bilərlər. Güman olunur ki, Exchange ilə bağlı olan kiberhücumların əksəriyyətinin arxasında Çin tərəfindən maliyyələşdirilən dövlət dayanır. Lakin bu, boşluqdan digər qruplaşmaların da istifadə etdikləri halını istisna etmir. 

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


MediaTek prosessorlarında istifadəçiləri dinləməyə imkan vermiş boşluq aşkar edi..

Check Point Research şirkəti MediaTek prosessorlarında aşkar edilmiş boşluq barəsində hesabatı təqdi..


Mütəxəssislər barmaq izi skanından sadə üsul ilə yan keçməyi sərgiləyiblər (VİDE..

Kibertəhlükəsizlik sahəsində fəaliyyət göstərən Kraken Security Labs adlı şirkət müasir cihazların d..


Firefox istifadəçilərinin məlumatları GitHub-da açıq şəkildə ortaya çıxıblar..

Kibertəhlükəsizlik sahəsində fəaliyyət göstərən Aidan Marlin adlı mütəxəssis məşhur GitHub platforma..


Bu il ən çox istifadə edilmiş şifrələrin reytinqi tərtib edilib

NordPass şirkəti 2021-ci ildə ən çox istifadə edilmiş şifrələrin reytinqini təqdim edib.


Mütəxəssislər Android üçün nəzərdə tutulmuş yeni bank troyanı aşkar ediblər..

Kibertəhlükəsizlik sahəsində olan mütəxəssislər Android əməliyyat sistemi üçün nəzərdə tutulmuş yeni..


Hackerlər FBI-ın elektron poçt sistemini hack ediblər

Məlum olub ki, keçən həftə kimlikləri bilinməyən hackerlər ABŞ-ın Federal Təhqiqatlar Bürosunun (FBI..

×