Hackerlər üçün münasib imkan: İnternetdə Windows XP-nin mənbə kodu ortaya çıxıb

Hackerlər üçün münasib imkan: İnternetdə Windows XP-nin mənbə kodu ortaya çıxıb

Kibertəhlükəsizlik
25.09.2020 PAYLAŞIM

    Baxmayaraq ki, Windows XP-nin bir neçə müddət bundan öncə 19 yaşı tamam olub və onun dəstəyi rəsmi şəkildə 2014-cü ildə dayandırılıb, ondan bir çox kompüter və terminallarda istifadə edirlər. Məlum olub ki, Microsoft şirkətinin bu məşhur əməliyyat sistemini istifadəçilərdən əlavə olaraq hackerlər də yad edirlər. Belə ki, Windows XP-nin mənbə kodu internetdə aşkar edilib. Bu barədə 4pda saytı xəbər verib.


    Məlumata əsasən Windows XP-nin mənbə kodundan ibarət olan arxiv ABŞ-ın 4chan adlı forumuna yerləşdirilib. Sözügedən foruma yerləşdiriləndən 4 saat sonra həmin paylaşım arxivləşdirilib. İT təhlükəsizlik sahəsində fəaliyyət göstərən mütəxəssislərin sözlərinə əsasən internetdə Windows XP-nin mənbə kodunun ortaya çıxması çətin ki, hal hazırki istifadəçilərə ciddi problemlər yaşatsın.

    Belə ki, Windows XP istifadəçilərinin saylarının az olması maliyyə məsələsi üzrə hackerlərin diqqətlərini cəlb etmir. Lakin nəzərə alsaq ki, Windows son 2 onillik ərzində daimi yenilənmə seriyası kimi inkişaf edib, hackerlər potensial olaraq Windows 10 da daxil olmaqla müasir əməliyyat sistemi versiyalarının hack olunmasına imkan yarada biləcək bir çox üsullar aşkar edə bilərlər. Microsoft bu məsələ ilə bağlı rəsmi bir açıqlama verməyib.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Google şirkəti istifadəçi hesabının hack edilməsi barədə daha operativ xəbər ver..

Google şirkəti istifadəçilərin konfidensial məlumatlarını daha yaxşı qoruya biləcək yeni funksiyanı ..


Chrome brauzerinin mobil versiyasına əlavə təhlükəsizlik funksiyaları əlavə edil..

Müxtəlif saytlarda avtorizasiya prosesinin sadələşdirilməsi üçün nəzərdə tutulmuş şifrələrin avtomat..


VPN istifadə etməyin müsbət və mənfi tərəfləri nələrdir?

Sosial media və internetə məhdudiyyət gətirilən bu günlərdə VPN-lərin önəmi nə dərəcə vacibdir?..


Microsoft bu il hackerlərin artmış aktivliklərindən danışıb

Microsoft şirkəti hər il təqdim etdiyi Digital Defense Report hesabatını bu il də təqdim edib. Sözüg..


Kiberhücum dünyada ilk dəfə bir nəfərin ölümünə səbəb olub

Əgər bu hadisədə iştirak etmiş hackerlərin günahları təsdiqlənsə, bu, dünyada kiberhücumun ölümə səb..


Android-də aşkar edilmiş yeni virus ikifaktorlu autentifikasiyadan yan keçə bili..

Məlum olub ki, hackerlər Android üçün xüsusi proqram təminatı hazırlayıblar və həmin proqram təminat..

×