Hackerlər Windows 10-da tema düzəltmək funksiyası vasitəsilə konfidensial məlumatları oğurlaya bilərlər

Hackerlər Windows 10-da tema düzəltmək funksiyası vasitəsilə konfidensial məlumatları oğurlaya bilərlər

Kibertəhlükəsizlik
14.09.2020 PAYLAŞIM

    Hər bir Windows 10 istifadəçisi unikal tema yaradaraq onu elektron poçt və ya digər üsul vasitəsilə istifadəçilərlə bölüşə bilər. Lakin məlum olub ki hackerlər bu üsul ilə istifadəçilərin konfidensial məlumatlarını oğurlaya bilərlər. Bu barədə 4pda saytı xəbər verib. İstifadəçi hər dəfə tema yaradan zaman onu “Save theme for sharing” funksiyası vasitəsilə digər istifadəçilər ilə bölüşə bilər.

    Bunun üçün sadəcə olaraq linki elektron poçt və ya digər vasitə ilə göndərmək lazımdır. Növbət mərhələdə linki əldə etmiş istifadəçilər yaradılmış temanı öz kompüterlərində istifadə edə bilərlər. Təhlükəsizlik üzrə mütəxəssis olan Jimmy Bayne aşkar edib ki, hackerlər “.theme” əlavəli fayl yarada bilərlər və bu fayl istifadəçiləri digər səhifələrə yönləndirə bilər.


    Söhbət, istifadəçi hesabının məlumatlarını qeyd etmək lazım olan səhifələrdən gedir. İstifadəçi özü də bilmədən temanı yükləmək fikri ilə öz istifadəçi məlumatlarını daxil edir. Nəticədə login, şifrə sındırılır və istifadəçinin bütün konfidensial məlumatları hackerlərin əllərinə keçir. Bu problemi fərdi şəkildə bir sıra əlavələri bloklamaqla aradan qaldırmaq olar. Söhbət, “.theme”, “.themepack” və “.desktoptehemepackfile” adlı əlavələrdən gedir. Hal hazırda Microsoft şirkətinin bu sistem boşluğunu aradan qaldırıb-qaldırmayacağı bilinmir.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Microsoft bu il hackerlərin artmış aktivliklərindən danışıb

Microsoft şirkəti hər il təqdim etdiyi Digital Defense Report hesabatını bu il də təqdim edib. Sözüg..


Hackerlər üçün münasib imkan: İnternetdə Windows XP-nin mənbə kodu ortaya çıxıb..

Baxmayaraq ki, Windows XP-nin bir neçə müddət bundan öncə 19 yaşı tamam olub və onun dəstəyi rəsmi ş..


Kiberhücum dünyada ilk dəfə bir nəfərin ölümünə səbəb olub

Əgər bu hadisədə iştirak etmiş hackerlərin günahları təsdiqlənsə, bu, dünyada kiberhücumun ölümə səb..


Android-də aşkar edilmiş yeni virus ikifaktorlu autentifikasiyadan yan keçə bili..

Məlum olub ki, hackerlər Android üçün xüsusi proqram təminatı hazırlayıblar və həmin proqram təminat..


Google Chrome-a zərərli yüklənmələrin qarşısını alacaq yeni funksiya əlavə edilə..

İstifadəçilərin zərərli proqram təminatlarından qorumaq üçün Google şirkəti hələ 2019-cu ildə Chrome..


Hackerlər bir mesaj ilə Whatsapp-ı sıradan çıxartmağın üsulunu tapıblar..

Bəzən internetdə məlumat ortaya çıxır ki, müəyyən tətbiqi və ya əməliyyat sistemini xüsusi simvollar..

×