Logo
    main-post-cover

    Hakerlər istifadəçilərin çat-botlarla olan mesajlarını əldə edə bilərlər

    Təhlükəsizlik
    24.04.2024
    Farid
         İsrailin Offensive AI Lab adlı şirkətinin kibertəhlükəsizlik üzrə mütəxəssisləri istifadəçi ilə çat-bot arasındakı mesajların ələ keçirilməsi üsulunu aşkar ediblər. Mütəxəssislər hakerlərin mesajları necə əldə etdiklərindən və bunun necə bir nəticəyə sahib ola biləcəyindən danışıblar. Çat-botlar ilə ünsiyyət şifrələnmiş şəkildə baş verir. Lakin böyük dil modellərinin strukturlarında və həmin böyük dil modelləri əsasında çalışan çat-botlarda şifrələmə effektivliyinin aşağı salınması özəlliyi mövcuddur. Məlumata əsasən bu öz növbəsində hakerlərə kənar kanallara kiberhücumlar edərək əldə edilmiş mesajları bərpa etməyə imkan verir.
         Mütəxəssislər bildiriblər ki, çat-botlar söz və ya simvollardan deyil, tokenlərdən istifadə edirlər. Söhbət, real zaman ərzində bir-birinin ardınca tərtib olunan mətnin məna vahidlərindən gedir. Google Gemini istisna olmaqla digər bütün çat-botlar bu üsulla çalışırlar. Bu səbəbdən də Google Gemini mütəxəssislər tərəfindən aşkar edilmiş boşluğa həssas deyil. Məsələ burasındadır ki, çat-botlar şifrələmədən öncə sıxışdırma, kodlaşdırma və ya məlumatların təhlükəsizliklərinin təmini üçün əlavə tədbirlər görmürlər.
         Buna görə də hakerlər mövcud boşluqdan rahatlıqla istifadə edə bilərlər. Məlumatda qeyd edilib ki, çat-botdan əldə edilmiş mesajları deşifrələmək mümkün deyil. Lakin hakerlər göndərilmiş hər bir tokenin uzunluğu kimi vacib məlumatı əldə edə bilərlər. Daha sonra isə onlar həmin tokenlərin sözlərə çevrilmələri üçün digər böyük dil modellərindən istifadə edə bilərlər. Digər tərəfdən hakerlərin çat-botdan əldə etmiş olduqları mesajları bərpa etmək həmin mesajların hansı dildə olduğundan da asılıdır.
    Paylaş