Hakerlər Steam-in bəzi oyunlarına viruslar yükləyiblər
Təhlükəsizlik
13.10.2023
Emil Nəcəfov
Valve şirkəti özünün Steam platformasında uzun zamandır ki, iki faktorlu autentifikasiya sistemindən istifadə edir. Belə ki, daha əvvəllər istifadəçilər tez-tez bir-birilərinin hesablarını oğurlayırdılar. İndi isə məlum olub ki, kimlikləri bilinməyən hackerlər bir sıra oyun tərtibatçısının Steam hesablarını hack edərək onların oyunlarına viruslar yükləyiblər. Valve bildirib ki, virusa yoluxmuş oyunlar yüzlərlə istifadəçinin Steam kitabxanasında mövcuddur.
Həmin oyunlara sahib istifadəçilər artıq elektron poçt vasitəsilə bu barədə məlumatlandırılıblar. Sözügedən kiberhücumun miqyası böyük olmayıb və Valve tez bir zamanda hadisəyə reaksiya verib. Buna baxmayaraq şirkət öz platformasına bəzi dəyişiklikləri əlavə edib. Belə ki, şirkət oyun tərtibatçılarının Steam-dəki autentifikasiya proseslərini dəyişib. Bundan sonra oyun tərtibatçısı Steam hesabına mobil telefon və SMS üzərindən login təsdiqi vasitəsilə daxil ola biləcək.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Bu ilin ikinci rübündə ən çox satılmış smartfonların reytinqi təqdim edilib
Bu ilin ikinci rübündə ən çox satılmış smartfonların reytinqi təqdim edilib
Counterpoint Research şirkəti bu ilin ikinci rübündə ən çox satılmış smartfonların reytinqini təqdim edib.
Google artıq ənənəvi şifrələrin yerinə Passkey-dən istifadəni təklif edir
Google artıq ənənəvi şifrələrin yerinə Passkey-dən istifadəni təklif edir
Google şirkəti istifadəçilər arasında Passkey texnologiyasını yaymağa davam edir.
OPPO Find N3-ün real fotoları ortaya çıxıb
OPPO Find N3-ün real fotoları ortaya çıxıb
OPPO şirkəti qatlana bilən OPPO Find N3 smartfonunun təqdimatını artıq anons edib.
Adobe şirkətinin yeni süni zəka funksiyası videolardakı lazımsız obyektləri silə bilir
Adobe şirkətinin yeni süni zəka funksiyası videolardakı lazımsız obyektləri silə bilir
Adobe şirkəti generativ süni zəka sistemləri ilə müxtəlif təcrübələr aparmağa davam edir.
Yenilənmiş Google Search-ə fotoların tərtib edilməsi funksiyası əlavə edilib
Yenilənmiş Google Search-ə fotoların tərtib edilməsi funksiyası əlavə edilib
Google SGE (Search Generative Experience) özündə süni zəka sistemini birləşdirən yenilənmiş Google Search-dür.
Həftənin xəbərləri
Alimlər insan beyninin nə qədər sürətli bir şəkildə düşünə bildiyini ölçüblər!
Iron Man-dən ilhamlanan və iflic insanların yerimələrinə imkan verən geyilə bilən bir robot hazırlanıb!