İnternetdə saxta Windows 11 quraşdırılma faylı aşkar edilib

İnternetdə saxta Windows 11 quraşdırılma faylı aşkar edilib

Kibertəhlükəsizlik
26.07.2021 PAYLAŞIM

    Yeni Windows-u əldə etmək niyyəti ilə istifadəçilər çox zaman piratçılara və kənar resurslara yönəlirlər. Bu məsələdə Windows 11 istisna olmayıb. Dələduzlar və hackerlər artıq bu vəziyyətdən istifadə etməyə başlayıblar. Belə ki, internetdə yeni əməliyyat sisteminin saxta quraşdırılma obrazı ortaya çıxıb. Onu yükləyən istifadəçi isə öz kompüterini müxtəlif növ zərərli proqram təminatı ilə yoluxdurur. Kaspersky Lab.-ın verdiyi məlumata əsasən internetdə aktiv şəkildə 86307_windows 11 build21996.1 x64 adlı fayl yayılıb. Sözügedən faylın həcmi 1.75 GB təşkil edir.


    Bununla belə bu quraşdırılma faylının tərkibində lazımsız məlumatlardan ibarət kitabxana mövcuddur. Faylı quraşdırmaq cəhdi zamanı kompüter ekranında Windows-un standart quraşdırılma interfeysini xatırladan pəncərə ortaya çıxır. Pəncərədə həmçinin bəzi lisenziya razılaşması da qeyd edilib. Quraşdırılma faylı istifadəçiyə xəbər verir ki, kompüterə həmçinin bir sıra sponsor tətbiqi də quraşdırılacaq. Nəticədə yeni əməliyyat sistemi əvəzinə istifadəçinin kompüterinə müxtəlif exploitlər, troyanlar və digər zərərli proqram təminatları quraşdırılır. Mütəxəssislər Windows 11-in test versiyasını yalnız rəsmi Microsoft saytından yükləməyi məsləhət görürlər. 

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Hackerlər saxta birja vasitəsilə istifadəçilərin bitcoinlərini oğurlayırlar..

Hackerlər kriptovalyuta sahiblərinin aldadılması yolunda yeni üsullar fikirləşməkdə davam edirlər...


Whatsapp istifadəçilərinin şəxsi mesajları kənar şirkət tərəfindən oxunulur..

ProPublica adlı qeyri kommersiya təşkilatının apardığı irimiqyaslı araşdırma nəticəsində Whatsapp-ın..


Kimliyi bilinməyən hacker videokartlar üçün 'görünməyən' virus yaradıb

Keçən ayın sonunda kimliyi bilinməyən hacker kompüterlərin hack olunması üçün nəzərdə tutulmuş yeni ..


Microsoft Azure bulud servisindəki ciddi sistem boşluğundan xəbər verib

Microsoft şirkəti bildirib ki, Azure bulud servisində olmuş sistem boşluğu səbəbilə son 2 il ərzində..


İstifadəçilərin pullarını oğurlayan Joker troyanına sahib yeni Android tətbiqlər..

Google Play-də silinmiş saxta tətbiqlərə baxmayaraq mütəxəssislər bu platforma vasitəsilə yayılmış ə..


Özünü Apple əməkdaşı kimi təqdim etmiş hacker iCloud hesablardan 620.000 foto və..

Los Ancelesin La Puent şəhərində yaşayan Hao Kuo Chi adlı 40 yaşlı şəxs minlərlə iCloud hesabını hac..

×