İstifadəçi Apple şirkətinin nəzarətsizliyi səbəbilə 600.000 dollar dəyərində bitcoin itirib

İstifadəçi Apple şirkətinin nəzarətsizliyi səbəbilə 600.000 dollar dəyərində bitcoin itirib

Kibertəhlükəsizlik
05.04.2021 PAYLAŞIM

    Kriptovalyuta sahibi yarım milyon dollardan bir qədər çox vəsait itirib. Bunun əsas səbəbi isə diqqətsizlik olub. Lakin problemin məğzi göründüyündən daha dərindir. Belə ki, kriptovalyutasını itirmiş şəxsə lazım olan tətbiqin saxta versiyası App Store platformasının təhlükəsizlik sistemindən yan keçib. Bu barədə The Washington Post saytı xəbər verib. Phillipe Christodoulou adlı şəxs öz elektron portmanat balansını yoxlamaq istəyib. Bu məqsədlə o, Trezor adlı tətbiqi yükləmək üçün App Store mağazasına daxil olub.

Trezor şirkətinin bitocinləri saxlamaq üçün hazırladığı cihaz:


    Qeyd etmək lazımdır ki, Trezor adlı şirkət bitcoinləri saxlamaq üçün xüsusi cihazlar istehsal etməklə məşğuldur. App Store-dakı axtarış sistemindən istifadə edərək Phillipe adlı şəxs Trezor loqosuna sahib lazımi tətbiqi aşkar edib. Nəticədə o, həmin tətbiqi yükləyib və tətbiqə öz istifadəçi məlumatlarını daxil edib. Lakin sonradan məlum olub ki, yüklənmiş tətbiq əsl Trezor tətbiqinin saxta versiyası imiş. Phillipe isə 17.1 ədəd bitcoinini itirib. Həmin vaxtda sözügedən sayda bitcoinin ümumi dəyəri 600.000$ təşkil edirdi.

Adətən Apple şirkəti App Store platformasına yerləşdirilməmişdən öncə bütün tətbiqləri yoxlayır. Lakin elə dələduzluq üsulları var ki, saxta tətbiqlərin App Store-da yerləşdirilməsinə imkan verirlər.

    Baş vermiş hadisə misalında Phillipe sadəcə olaraq əsl Trezor tətbiqinin vizual görüntüsünü kopyalamış saxta tətbiqin qurbanına çevrilib. Həmin saxta tətbiq isə istifadəçilərdən kriptovalyuta oğurlamaqla məşğul olub. Sözügedən tətbiq App Store yoxlanışından keçən zaman tərtibatçı qeyd edib ki, o, məlumatların şifrələnməsi və istifadəçi şifrələrinin saxlanılması üçün nəzərdə tutulub. Tətbiq uğurla yoxlanışdan keçəndən sonra tərtibatçı onun funksionallığını və təsvirini dəyişib. Baş vermiş hadisədə Phillipe adlı şəxs Apple şirkətini günahlandırır. Lakin onun öz doğruluğunu sübut edə bilib-bilməyəcəyi sual altındadır. Qeyd etmək lazımdır ki, hal hazırda 17.1 ədəd bitccoinin ümumi dəyəri 1 milyon dollar təşkil edir. Sözügedən saxta tətbiqin bu cür dələduzluqla nə qədər vəsait qazandığı barəsində məlumat yoxdur.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Hackerlər saxta birja vasitəsilə istifadəçilərin bitcoinlərini oğurlayırlar..

Hackerlər kriptovalyuta sahiblərinin aldadılması yolunda yeni üsullar fikirləşməkdə davam edirlər...


Whatsapp istifadəçilərinin şəxsi mesajları kənar şirkət tərəfindən oxunulur..

ProPublica adlı qeyri kommersiya təşkilatının apardığı irimiqyaslı araşdırma nəticəsində Whatsapp-ın..


Kimliyi bilinməyən hacker videokartlar üçün 'görünməyən' virus yaradıb

Keçən ayın sonunda kimliyi bilinməyən hacker kompüterlərin hack olunması üçün nəzərdə tutulmuş yeni ..


Microsoft Azure bulud servisindəki ciddi sistem boşluğundan xəbər verib

Microsoft şirkəti bildirib ki, Azure bulud servisində olmuş sistem boşluğu səbəbilə son 2 il ərzində..


İstifadəçilərin pullarını oğurlayan Joker troyanına sahib yeni Android tətbiqlər..

Google Play-də silinmiş saxta tətbiqlərə baxmayaraq mütəxəssislər bu platforma vasitəsilə yayılmış ə..


Özünü Apple əməkdaşı kimi təqdim etmiş hacker iCloud hesablardan 620.000 foto və..

Los Ancelesin La Puent şəhərində yaşayan Hao Kuo Chi adlı 40 yaşlı şəxs minlərlə iCloud hesabını hac..

×