Mac kompüterlərinin bütün versiyalarını əhatə edən yeni virus aşkar edilib
Təhlükəsizlik
23.02.2021
Farid Pardashunas
Çox zaman macOS əməliyyat sistemi Windows-un ən təhlükəsiz alternativi hesab edilir. Lakin hackerlər tamamilə başqa cür düşünürlər. Kibertəhlükəsizlik sahəsində fəaliyyət göstərən Red Canary şirkətinin təqdim etmiş olduğu yeni hesabata əsasən aşkar edilmiş yeni virus artıq bütün dünya üzrə 30.000-dən çox Mac kompüterinə yoluxub. Yeni virus həm yeni M1 prosessoruna həm də Intel prosessorlarına sahib Mac kompüterlərini əhatə edir. Silver Sparrow adını əldə etmiş yeni zərərli proqram təminatı ikili fayl şəklindədir və macOS-də əməliyyatların yerinə yetirilməsi üçün Java proqramlaşdırma dilindən istifadə edir.
Virus iki versiyaya sahibdir. Onlardan biri M1 prosessorlu Mac kompüterlərinə, digəri isə Intel prosessorlu Mac kompüterlərinə yönəlib. Maraqlısı ondadır ki, sözügedən virus bir vacib funksiyaya sahib deyil. Söhbət, zərərli yüklənmədən gedir. Bu isə virusun yalnız hansısa məlum olmayan şərtin yerinə yetirilməsi zamanı işə düşdüyünə işarə ola bilər. Mütəxəssislər həmçinin qeyd ediblər ki, Red Sparrow özünü məhv etmə funksiyasına sahibdir. Bu adətən yüksək səviyyəli gizliliyə sahib əməliyyatların yerinə yetirilməsi üçün lazım olur.
Sözügedən virusun aktivliyi hələ müşahidə edilməyib. Heç istisna deyil ki, o, digər bir kodun yüklənməsi və işə salınması üçün nəzərdə tutulmuş bir platformadır. Bu yeni virus 153 ölkədə aşkar edilib. Bununla belə Red Sparrow ilə yoluxmuş kompüterlərin böyük hissəsi ABŞ-da, Böyük Britaniyada, Kanadada, Fransada və Almaniyada qeydə alınıb. Mütəxəssislər qeyd ediblər ki, Apple şirkəti öz istifadəçilərini bu təhlükədən qorumaq üçün artıq lazımi tədbirləri görür.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək
Galaxy C seriyası geri qayıtdı: Samsung Galaxy C55 5G smartfonu təqdim edilib - QİYMƏTİ