main-post-cover

    Məşhur Anonymous hacker qruplaşması Elon Musk-a müharibə elan edib (VİDEO)

    Təhlükəsizlik
    06.06.2021
    Emil Nəcəfov
        Anonymous adlı məşhur hacker qruplaşması yeni video yayımlayıb və həmin videoda SpaceX ilə Tesla şirkətlərinin CEO-su Elon Musk-a müharibə elan edib. Bu barədə Daily Mail saytı xəbər verib. Son zamanlar Elon Musk kriptovalyuta bazarını sözün əsl mənasında yerindən oynadır. O bunu çox zaman troll xarakterli tweet-ləri ilə edir. Başqa sözlə desək, hackerlər Musk-ın kriptovalyuta bazarına bir söz ilə necə təsir göstərdiyindən narazıdırlar. Çünki Musk bir tweet-i ilə kriptovalyuta bazarını həm qaldıra həm də endirə bilir.
        “Son illər ərzində siz milyarderlər sinifinin nümayəndələri arasında olan əlverişli nüfuzunuzdan istifadə etmisiniz. Çünki siz, bizim çoxumuzun elektromobillərdən ibarət dünyada yaşamaq və kosmosu mənimsəmək kimi arzularımızı reallaşdırmısınız. Lakin son zamanlarda insanlar sizin daha bir narsist varlı insan tərəfinizi görürlər və həmin tərəfiniz diqqətə ehtiyac duyur” - deyə videoda qeyd edilib. Hackerlər bildiriblər ki, investisiya prosesi zamanı həmişə risklər mövcuddur. Lakin buna baxmayaraq Musk-ın tweet-ləri çalışan orta sinif insanlara qarşı laqeydliliyi sərgiləyirlər.
        Bununla yanaşı hackerlər Musk-a və Tesla-ya qarşı bir sıra ittihamlar da irəli sürüblər. Həmin ittihamlar ətraf mühitin qorunması məsələləri üzrə səmimiyyətsizliyi əhatə edirlər. Yekun olaraq hackerlər bunu qeyd ediblər: “Zəhmətkeş insanlar sizin ictimai mesajlarınız səbəbilə arzularından məhrum olduqları bir vaxtda siz, milyon dollar dəyərində olan malikanənizdən onları memlər vasitəsilə gülüş mərkəzinə çevirirsininz. Siz özünüzü otaqda olan ən ağıllı insan hesab edə bilərsiniz. Lakin indi siz, layiqli rəqib ilə qarşılaşmısınız. Biz Anonymous-uq. Biz legionuq. Biz gəlirik”.
    Linki kopyala