Microsoft Edge brauzeri təhlükəsizlik testlərində Chrome və Firefox-u geridə qoydu

Microsoft Edge brauzeri təhlükəsizlik testlərində Chrome və Firefox-u geridə qoydu

Kibertəhlükəsizlik
19.07.2020 PAYLAŞIM

        Microsoft şirkətinə məxsus olan Edge brauzeri Chromium bazası ilə yenidən hazırlanmışdı. Son aylar testlərdə yaxşı nəticələr göstərərək istifadəçiləri razı salan yenilənmiş Edge brauzeri Chrome-a ən böyük rəqib olaraq görülür. Bu səfər isə aparılan təhlükəsizlik testlərində yeni brauzer Chrome Firefox-u geridə qoydu.

NSS Labs tərəfindən aparılan təhlükəsizlik testlərində Edge brauzeri Chrome və Firefox-u geridə qoydu.

        İstifadəçi məlumatlarının qorunması üçün Microsoft Defender SmartScreen funksiyasını istifadə edən Edge brauzeri bu testlərdə 95.5%-lik bir nəticə ilə testlərdə lider oldu. Google Safe Browsing API istifadə edən Chrome və Firefox isə uyğun olaraq 86.9%85.9%-lik nəticə göstərib. 3-cü tip təhlükəsizlik sistemi istifadə edən Opera isə 79.2%-lik nəticə toplayıb. Beləliklə hal-hazırda brauzerlər arasında hackerlərə qarşı ən güclü qorumanı Edge brauzeri təmin edə bilir. Qeyd edək ki, Microsoft şirkəti Windows 10 əməliyyat sistemində Edge brauzerinin daha yaxşı işləməsi üçün bəzi yeniliklər gətirməyi planlayır.


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Dələduzlar Whatsapp-ın yeni konfidensiallıq qaydaları adı ilə spam mesajlar gönd..

Whatsapp istifadəçiləri messencerin ödənişli istifadə sisteminə keçidi barəsində bildiriş əldə etməy..


Apple öz istifadəçilərini 1.5 milyard dollar dəyərində müxtəlif dələduzluq əməli..

Apple şirkəti iOS istifadəçilərin dələduzlardan qorunması üzrə hesabatını təqdim edib.


Android-də aşkar edilmiş yeni zərərli proqram təminatı özünü Google Chrome brauz..

Android üçün hazırlanmış yeni növ zərərli proqram təminatı özünü Google Chrome brauzeri kimi maskala..


Qualcomm-un mobil prosessorlarının modemlərində ciddi sistem boşluğu aşkar edili..

Counterpoint Research şirkətinin mütəxəssisləri Qualcomm prosessorlarının modemlərində ciddi boşluq ..


Kompüterin hackerlərdən qorunması üçün Chrome brauzerinə yeni təhlükəsizlik funk..

Google şirkəti Chrome brauzerində istifadəçi məlumatlarının təhlükəsizliklərini hardware enforced st..


Google Play-də ümumi 700.000 yüklənmə sayına sahib yeni zərərli tətbiqlər aşkar ..

Kibertəhlükəsizlik üzrə mütəxəssislər Android üçün nəzərdə tutulmuş Google Play Store platformasında..

×