Milyonlarla Chrome və Edge istifadəçisi zərərli brauzer əlavəsindən zərər çəkib

Milyonlarla Chrome və Edge istifadəçisi zərərli brauzer əlavəsindən zərər çəkib

Kibertəhlükəsizlik
04.02.2021 PAYLAŞIM

    Son illərdə Chrome brauzerinin əlavələr mağazası (extensions) zərərli proqram təminatları ilə zənginləşib. Bu səbəbdən də Google şirkəti 2020-ci ilin əvvəlində həmin mağazaya yeni əlavələrin yerləşdirilməsini məhdudlaşdırmışdı. Lakin görünür, şirkətin bu cəhdi heç bir nəticə verməyib. Belə ki, məlum olub ki, milyonlarla istifadəçi zərərli proqram təminatından zərər çəkib. Verilmiş məlumata əsasən 3 milyona yaxın yüklənməyə sahib və Google Chrome ilə Microsoft Edge üçün nəzərdə tutulmuş bir sıra məşhur əlavələrin arasında CacheFlow adlı zərərli proqram təminatı aşkar edilib.

    Maraqlısı ondadır ki, bu zərərli proqram təminatı 3 il ərzində istifadəçilərə zərər verib. Təhlükəsizlik sistemlərindən müxtəlif gizlənmə üsulları sayəsində sözügedən zərərli proqram təminatı uzun müddət aşkar edilməyib. Avast şirkətinin mütəxəssisləri bildiriblər ki, CacheFlow istifadəçinin kompüterinə quraşdırılandan dərhal sonra işə düşmür. O, təhlükəsizlik sisteminin nədənsə şübhələnməməsi və istifadəçinin təhlükənin mənbəyini tapmasının çətinləşməsi üçün bir neçə gün gözləmə rejimində olur.


    Maraqlısı ondadır ki, istifadəçinin veb tərtibatçı olduğu və ya kompüterdə təhlükəli proseslər barədə xəbərdarlıq edən alətlərin olduğu aşkar edilən zaman virusun zərərli funksiyaları avtomatik şəkildə deaktiv edilir. Mütəxəssislərin sözlərinə əsasən CacheFlow istifadəçi məlumatlarının hackerlərin serverlərinə göndərilməsi üçün öz şəbəkə trafikini analitik sorğular şəklində maskalayır. Bundan əlavə olaraq virus həmin analitik sorğuları digər istənilən məqsədləri üçün də istifadə edir. Google və Microsoft bu təhlükə barəsində xəbərdarlıq əldə ediblər və onlar dekabr ayında zərərli pluginləri siliblər. 

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


İnternetdə saxta Windows 11 quraşdırılma faylı aşkar edilib

Yeni Windows-u əldə etmək niyyəti ilə istifadəçilər çox zaman piratçılara və kənar resurslara yönəli..


Pirat tətbiqlərin istifadəçilərinə hücum edən yeni virus aşkar edilib

Bitdefender şirkəti internetdə MosaicLoader adlı yeni virusun ortaya çıxdığını bildirib.


Azercell Telekom MMC-dən xəbərdarlıq!

Azercell Telekom” MMC abunəçilərini  “Whatsapp” tətbiqi, SMS və digər kanallar üzərindən göndərilən ..


Hackerlər Whatsapp zəngləri vasitəsilə gizli şəkildə smartfonlara Pegasus casus ..

Smartfon istifadəçiləri yeni təhlükə ilə qarşılaşıblar. Məlum olub ki, hackerlər Whatsapp zəngləri v..


Facebook-un 16.000 əməkdaşı istifadəçilərin konfidensial məlumatlarından sui-ist..

2014-2015-ci illərdə Facebook-un 16.000 əməkdaşı istifadəçilərin özəl məlumatlarını əldə edə biliblə..


İstifadəçilər saxta kriptovalyuta tətbiqləri sayəsində külli miqdarda pul itirib..

Lookout Threat Lab şirkətinin kibertəhlükəsizlik üzrə mütəxəssisləri kriptovalyuta mayninqi ilə bağl..

×